USD - 1.7 EUR - 1.9398 RUB - 0.0254 TRY - 0.3119 DAHA ÇOX
SON DƏQİQƏ
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində ötən ilin yekunları müzakirə edilib Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub Müdafiə naziri hava şəraiti ilə bağlı hərbi hissələrə göstəriş verdi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində gözlənilən kəskin hava şəraiti ilə əlaqədar qərargah yaradılıb
Türkiyə Bakı Qəhvə və Çay Festivalında

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təbliğat Müşavirliyi Bakı Qəhvə və Çay Festivalında (Baku Coffee & Tea Festival) iştirak edir. 

Səfirliyin Mədəniyyət və Təbliğat Müşavirliyindən ASAN Radioya verilən məlumata görə,  Nigar Rəfibəyli küçəsi 12/14 ünvanında yerləşən “Passage 1901”də təşkil olunan festivalda ziyarətçilərə Türk qəhvəsi, səhləbi və şirniyyatları təqdim olunacaq.

Səfirliyin Mədəniyyət və təbliğat müşaviri İrfan Çiftçi bildirib ki, Türkiyə tədbirdə iştirakı rəzmi xarakter daşıyır: “2019-cu il üçün müşavirliyin proqramında bu tədbirdə iştirak nəzərdə tutulmamışdı. Lakin dəyərli festival təşkilatçılarının Türkiyəni də bu tədbirdə görmək arzusu bizi iştiraka həvəsləndirdi”. 

Türk qəhvəsi ilə bağlı bu il geniş təqdimat günləri və sərgilər planlaşdırdıqlarını deyən İrfan Çiftçi qeyd edib ki, Bakı Qəhvə və Çay Festivalında da qonaqlar Türk qəhvəsinin hazırlanma qaydası ilə tanış ola, ləziz təamların dadına baxa bilərlər.

Bir fincan Türk qəhvəsi içiləndə 40 il unudulmadığını deyən müşavir hər kəsi festivala dəvət edir.

Qeyd edək ki, Bakı Qəhvə və Çay Festivalı yanvarın 11-dən 13-dək davam edəcək.

Üçgünlük festival çərçivəsində şəhərin bütün çay və qəhvə professionalları bir araya gələcək. Festivalın əsas məqsədi çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlər yaratmaq, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi aparmaqdır.

Festival çərçivəsində Beynəlxalq Qəhvə Birliyinin (Specialty Coffee Association) dəstəyi ilə barista üzrə milli çempionat keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq münsiflər heyəti tərəfindən seçilərək Azərbaycanı aprel ayında ABŞ-da keçiriləcək Dünya Barista Çempionatında (World Barista Championship) təmsil edəcək.

Həmçinin, festival çərçivəsində qəhvə və çay istehsalı və idxalı ilə məşğul olan şirkətlərin, aksesuarların və avadanlıqların sərgisi, Barista üzrə milli çempionatlar, aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və ustad dərsləri, qonaqlar üçün “brew bar”, istirahət zonası, uşaq əyləncə məkanı və sair əyləncələr təşkil ediləcək.

Festival hər gün, saat 10:00-dan 17:00-dək ziyarətçiləri qəbul edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio