USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Azərbaycan və İran dövlət sərhədində Novruz belə qeyd edildi - FOTOLAR Sabah hava necə olacaq? Avtovağzallarda gücləndirilmiş iş rejiminin müddəti artırılıb Quba-Xınalıq yolu  bağlandı - qar uçqunlarına görə Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
II Avropa Oyunları dövründə idmançılar dərmanları pulsuz ala biləcəklər

Minskdə keçiriləcək II Avropa Oyunları dövründə Olimpiya Kəndində yaşayan idmançılar zəruri dərmanları pulsuz ala biləcəklər.

AZƏRTAC xəbər verir ki, Belarus Respublikası səhiyyə nazirinin birinci müavini Dmitri Pineviç bu məlumatı “2019-cu il II Avropa Oyunlarının tibbi və antidopinq təminatı məsələləri” mövzusunda respublika maarifləndirici seminarında açıqlayıb.

D.Pineviç deyib: “İdman obyektlərində və atletlərin yaşadığı yerlərdə ilk dəfə olaraq ayrı-ayrı poliklinikalar işləyəcək. Məsələn, Olimpiya Kəndində idmançılar zəruri dərmanları pulsuz ala biləcəklər”.

“2019-cu il II Avropa Oyunlarının müdiriyyəti” fondunun direktoru Georgi Katulin qeyd edib ki, II Avropa oyunlarına hazırlıq dövründə əsas funksional istiqamətlərdən biri tibbi və antidopinq təminatıdır. O deyib: “Dünya Antidopinq Agentliyinin müstəqil ekspertləri Olimpiya Kəndində yaşamaq imkanı almaq üçün müraciət ediblər. Bütün bunlar hadisələrin mərkəzində olmaq və antidopinq nəzarətini həyata keçirmək üçün edilir”.

Orta hesabla hər 4 idmançıdan biri onun orqanizmində dopinq olub-olmamasını müyyən etmək üçün yoxlamadan keçəcəkdir. Sınaq nümunələrin sayı mindən çox olacaq. İdmanın bəzi növlərində atletlər bu proseduru bir neçə dəfə keçməli olacaqlar.

II Avropa Oyunları iyunun 21-dən 30-dək Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet iştirak edəcək. 15 idman növündə 199 mükafat dəsti uğrunda mübarizə gedəcək. 9 idman növündə yarışlar Tokioda keçiriləcək Olimpiya Oyunları üçün təsnifat mərhələsi hesab ediləcək.

Xatırladaq ki, Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 26-dək Bakıda keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio