USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İsmayıllıda təbii fəlakətin vurduğu ziyan aradan qaldırılır

Ötən gün İsmayıllı rayonunda baş vermiş təbii fəlakət nəticəsində avtomobil yollarına dəymiş ziyan aradan qaldırılır.

"Azəravtoyol" ASC-dən verilən məlumata görə, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun hərəkət hissəsinə təbii fəlakət nəticəsində hər-hansı bir ziyan dəyməyib və nəqliyyat vasitələrinin hərəkətində hər-hansı bir ciddi problem müşayiət olunmayıb. Sözügedən yolun müəyyən hissələrində çiyin hissələr ( yol kənarlarında torpaq-çınqıl hissə) güclü su axını nəticəsində yuyulub. Hazırda çiyinlərin bərpası istiqamətində işlər aparılır.

Bundan başqa güclü sel nəticəsində 5 kənd yolunda suötürücü borular və su keçidləri dağılıb. Həmin ərazilərdə də bərpa işləri davam etdirilir, insanların rahat gediş-gəlişini təmin etmək üçün müvəqqəti yol hissələri salınır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!