USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
AMAL layihəsinə müraciətlər fevralın 15-dək qəbul olunacaq

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) kənd təsərrüfatı ilə bağlı biznes ideyaları olan 35 yaşadək Azərbaycan vətəndaşlarını Aqrar Məşğulluğun Artırılması Layihəsində (AMAL) iştiraka dəvət edir.

Bu barədə “Report”a nazirlikdən bildirilib.

Nazirlikdən verilən məlumatda deyilir ki, iştirak üçün http://amal.gov.az/az/members/ səhifəsindəki formanı doldurmaq və əlaqə üçün şəxsi məlumatları yerləşdirmək lazımdır. Müraciətlər fevralın 15-dək qəbul ediləcək.

Layihə mütəxəssisləri müraciət edən və seçim şərtlərinə uyğun gələn bütün şəxslərlə görüşəcəklər. Görüşlərdən sonra iştirakçılar hazırlıq səviyyələrinə və istəklərinə uyğun olaraq yönləndiriləcək. İştirakçılara biznes ideyalarının icra edilə biləcək plan halına salınması və reallaşdırılması istiqamətində dəstək veriləcək.

AMAL (Aqrar Məşğulluğun Artırılması Layihəsi) Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin kənd yerlərində yaşayan gənclərin məşğulluğuna yönəlmiş layihəsidir. Layihənin əsas məqsədlərindən biri də innovativ aqrar layihələrin tapılıb dəstəklənməsidir. Layihə aqrobiznes ideyalarını reallaşdırmaq məqsədilə gəncləri lazım olan bilik və vəsaitlə təmin etməyə hədəflənib.

AMAL ilə bağlı suallara amal.gov.az saytından və [email protected] elektron poçtu vasitəsilə cavab almaq olar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!