USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Kəndlərin subasma ehtimalı yenə də var

"Böyük Qafqazın cənub, cənub-şərq yamaclarında, Gəncə-Qazax, Lənkəran-Astara zonasında vəziyyət çox gərgindir. Buradakı çaylardan daşqına keçən gursululuq bu gün davam edir. Bununla əlaqədar çaylara yaxın kəndlərin subasma ehtimalı yenə də var. Buna görə də ehtiyatlı olmaq lazımdır".

Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Elbrus Əlizadə deyib.

Çaylarda gursululuğun daşqınlara keçdiyini deyən E.Əlizadənin sözlərinə görə, hazırda ölkədə çaylarla bağlı vəziyyət çox gərgindir: "Yağışların yağması, normadan artıq yağıntının düşməsi xüsusilə Böyük Qafqazın cənub, cənub-şərq yamaclarında, Gəncə-Qazax, Lənkəran-Astara zonasında çaylarda daşqına keçən gursululuq yaranıb".

E.Əlizadə qeyd edib ki, yağıntı nəticəsində Şamaxıda sürüşmə zonasında fəallıq müşahidə edilir: "Orada su birbaşa yola tökülür və çaylarda daşqın var, dünən də səhər tezdən müşahidə edilib. Dünən ən böyük daşqın İsmayıllıda Dəvəbatan çayda olub. Bu çay çox balaca olsa da, orada gursululuq daşqına çevrilib və çayın dərəsinə yaxın olan bütün kəndləri su basıb. Bu hal həmçinin Böyük Qafqazın cənub yamacındakı bütün çaylarda - Şinçayda, Kişçayda, Kürmükçayda, Türyançayda, Göyçayda, Girdimançayda müşahidə olunur. Eynilə Böyük Qafqazın şimal-şərq yamacındakı çaylarda da - Qusarçay, Qudyalçay, Vəlvələçayda, eləcə də Lənkəran çaylarında müşahidə edilir".

Daşqının bütün təsərrüfata, xüsusilə dağətəyi kəndlərdə təsərrüfatlara çox böyük ziyan vurduğunu deyən E.Əlizadə qeyd edib ki, intensiv yağışlar nəticəsində bütün sürüşmə sahələrində aktivlik var.

Bu gün yağışlı hava şəraitinin davam etdiyini deyən E.Əlizadənin sözlərinə görə, hazırda da adıçəkilən çaylarda gursululuq davam edir və bu da daşqına keçir: "Yəqin ki, sabah da davam edəcək. Yaxın 2-3 gün ərzində hava şəraitinin dəyişməsi ilə əlaqədar olaraq, bu prosesin nisbətən zəifləyəcəyini güman edirik. Amma sürüşmə sahələrində stabilləşmə isə ən azı, yaxın bir həftə ərzində gözlənilmir. Çünki sızılan sular hələlik gərginliyi saxlayacaq".

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!