USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ADA” Universiteti KOB-la əməkdaşlıq edəcək

“ADA” Universiteti  Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi  ilə əməkdaşlıq edəcək.

ASAN Radio xəbər verir ki, “ADA” Universiteti elm ilə özəl sektor arasında praktiki əlaqələrin genişləndirilməsi istiqamətində daha bir tərəfdaşlıq qurdu. Bu haqda  müvafiq anlaşma memorandumu yanvarın 16-da ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov tərəfindən imzalandı. Sənədə əsasən hər iki təşkilat tələbələr arasında biznes ideyalarının formalaşdırılması, innovativ təşəbbüslərin həyata keçirilməsi üçün birgə proqramlar təşkil edəcək. Bununla yanaşı Universitetin elmi potensialından istifadə etməklə sahibkarlığın inkişafı üçün tələb olunan araşdırma, statistika və təhlillər aparılacaq. Nəzərdə tutulan birgə layihələr arasında ixtiraçıların fəallığının artırılmasına dəstək tədbirləri də var. Xüsusilə də, ADA Universitetində fəaliyyət göstərən ixtiraçıların təkliflərindən Kiçik və Orta Biznes subyektlərinin yararlanması üçün müzakirə platforması yaradılacaq. Öz növbəsində, ADA-nın bakalavr və magistr pillələrində təhsil alan tələbələr özəl sektorda müxtəlif istehsalat təcrübəsi keçmək imkanından, elmi dissertasiyalarını yazanda  işlərində Agentliyin nümayəndələrinin məsləhətlərindən yararlana biləcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!