USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır

Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) Bakıdakı iclaslarının martda keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a eksklüziv açıqlamasında OPEC-in baş katibi Məhəmməd Sanusi Barkindo deyib.

“Martın 17-18-də Bakıda OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC), eləcə də Müştərək Texniki Komissiyanın (JTC) iclaslarının keçirilməsi planlaşdırılır”, - deyə M.Barkindo bildirib.

Qeyd edək ki, iclaslarda neft hasilatının azaldılmasına dair sazişə sadiqlik və bu razılaşmanın neft bazarına təsirləri müzakirə olunacaq.

Xatırladaq ki, ötən il dekabrın 7-də Vyanada keçirilən OPEC və qeyri-OPEC nazirlərinin V görüşündə neft hasilatının sutkada 1,2 milyon barrel azaldılmasına dair razılıq əldə olunub. Bu il yanvarın 1-dən qüvvədə olan və 6 aylıq müddətə nəzərdə tutulan razılaşma çərçivəsində OPEC üzrə gündəlik neft istehsalının 800 min barrel azaldılması barədə razılığa gəlinib. Qeyri-OPEC ölkələri isə neft hasilatını gündəlik 400 min barrel azalmağa razılıq verib. Bu qərara əsasən, Azərbaycan gündəlik neft hasilatının bu aydan etibarən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!