USD - 1.7 EUR - 1.9066 RUB - 0.027 TRY - 0.2976 DAHA ÇOX
SON DƏQİQƏ
“Çölçü” filmi beynəlxalq mükafatlara layiq görülüb Türkiyə XİN İraqda diplomatlara edilən silahlı hücumla bağlı məlumat yayıb Sosial şəbəkələrin işində problem yarandı Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilib
Futbol üzrə 2022-ci il dünya çempionatında 48 yığma komanda çıxış edə bilər

FIFA-nın prezidenti Canni İnfantino bildirib ki, 2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı 32 deyil, 48 yığma komandanın iştirakı ilə keçirilə bilər. Əvvəllər bu yeniliyin 2026-cı ildə tətbiq olunacağı nəzərdə tutulurdu.

AZƏRTAC xəbər verir ki, FIFA prezidenti AFP agentliyinə deyib: “2026-cı ildən iştirakçıların sayının artırılması hamı tərəfindən yaxşı qərar kimi bəyənilmişdi və biz onun artıq 2022-ci ildə tətbiqi imkanlarını araşdırırıq. Federasiyaların əksəriyyəti bunun tərəfdarıdır. Lakin təşkilatçıların imkanlarını da öyrənmək lazımdır. Əlbəttə, Qətərdə 48 yığma komandanın iştirakı ilə çempionat keçirmək asan olmayacaq. İdeya ondan ibarətdir ki, matçların bir neçəsi qonşu ölkələrdə təşkil edilsin”.

Bundan əvvəl Qətər də bəyan etmişdi ki, iştirakçıların sayının 48 yığma komandaya çatdırılmasına hazır deyil. Buna cavab olaraq, təşkilatın rəhbəri bildirib ki, bir sıra matçlar qonşu ölkələrdə də keçirilə bilər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio