USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
İstanbulda “Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı” adlı konfrans keçirilib

Türkiyənin İstanbul Universitetində 20 Yanvar hadisələrinin 29-cu ildönümünə həsr olunmuş konfrans keçirilib.

“Report” xəbər verir ki, “Qanla qazanılmış müstəqillik: 20 Yanvar Bakı qətliamı” adlı konfrans İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyi və “Hazarfem” Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın İstanbuldakı konsulluğunun nümayəndələri, siyasət, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

Konfransda əvvəlcə hər iki qardaş ölkənin şəhidlərinin xatirələri bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib. Qanlı Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin başqanı Rəşid Həsən Mustafazadə çıxış edərək 20 Yanvar faciəsinin Azərbaycan tarixinin kədərli səhifəsi, eyni zamanda, qəhrəmanlıq dastanı olduğunu dilə gətirib.

“Hazarfem” Azərbaycan-Türkiyə dostluq cəmiyyətinin rəhbəri Nuran Acar, Qanlı Yanvar faciəsi şəhidlərinin əziz xatirəsinin türk xalqının qəlbində daim yaşayacağını bildirib.

Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü, professor Aygün Attarın mövzu ilə əlaqədar məruzəsi dinlənilib. A.Attar çıxışında iştirakçıları 20 Yanvar faciəsinin səbəbləri və nəticələri barədə təfərrüatlı şəkildə bilgiləndirib. O qeyd edib ki, 20 Yanvar hadisəsi Azərbaycanın müstəqillik yolunda əsl dönüş nöqtəsi rolunu oynayıb. Tədbirdə A.Attarın müəllifi olduğu, erməni vəhşiliklərini ifşa edən "Erməniçilik müasir dövrün problemi kimi” kitabı haqqında məlumat verilib.

Daha sonra konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

İstanbul Universitetində ilk dəfə olaraq fəaliyyətə başlayan birliyin əsas məqsədi azərbaycan kökənli gənclərə dəstək vermək və özlərini daha yaxşı ifadə etmələrinə yardımçı olmaq, yerli və xarici tələbələrə Azərbaycan mədəniyyəti, ədəbiyyatı və tarixini düzgün şəkildə tanıtmaq, “Bir millət, iki dövlət” şüarını əsas tutaraq qardaş ölkə gənclərinin əməkdaşlığını, qaynaşmasını təmin etməkdir.

Qeyd edək ki, İstanbul Universiteti Türkiyənin ən qədim universiteti olmaqla yanaşı, dünyanın ən yaxşı 500 universiteti siyahısına daxil olmuş (2006) ilk Türkiyə universitetidir və eyni zamanda Asiyanın ən yaxşı 100 universiteti sırasındadır. Universitet iki Nobel mükafatçısını yetişdirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!