USD - 1.7 EUR - 1.9216 RUB - 0.0265 TRY - 0.2941 DAHA ÇOX
SON DƏQİQƏ
Prezident İlham Əliyev İranın sənaye, mədən və ticarət nazirini qəbul edib IX sinif şagirdləri üçün keçirilən buraxılış imtahanlarının nəticələri açıqlanıb Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Tarix İnstitutunda Elmi Şuranın iclası keçirilib Ramazan ayı mayın 6-da başlayır
İcra başçısı səyyar “ASAN xidmət”in işi maraqlanıb

Səyyar “ASAN xidmət” martın 1-dək Şəmkir sakinlərinə xidmət göstərəcək.

ASAN Radio AZƏRTAC-a istinadən xəbər verir ki, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov səyyar “ASAN xidmət”in yerləşdiyi ünvana gələrək əhaliyə göstərilən xidmətlərlə maraqlanıb, sakinlərin rahat şəkildə müraciət etmələri üçün yaradılan şəraitlə tanış olub.

Səyyar “ASAN xidmət”in qrup rəhbəri Mehrac Cabbarlı məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında “ASAN xidmət” mərkəzlərinin olmadığı regionlarda vətəndaşların dövlət xidmətləri ilə təmin edilməsi üçün müasir texniki avadanlıqla təchiz olunmuş avtobuslarla xidmət göstərilir. Bu xidmətlərə notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi daxildir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio