USD - 1.7 EUR - 1.9187 RUB - 0.0255 TRY - 0.3217 DAHA ÇOX
SON DƏQİQƏ
Əli Həsənov: Azərbaycan hakimiyyəti dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır ATU ilə “British Council Azərbaycan” ofisi arasında əməkdaşlıq müzakirə olunub  Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
“Gəncliyin səsi” festivalına yekun vurulub

5 fevral 2019-cu il tarixində Azərbaycan Dövlət Musiqili Teatrında mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Nazirliyin və Agentliyin əməkdaşları, həmçinin ASAN könüllüləri və digər qonaqların iştirakı ilə “Gəncliyin səsi” festivalının bağlanış mərasimi baş tutdu.

Gənclər günü münasibətilə 2016-cı ildən Mədəniyyət Nazirliyi və Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə təşkil olunan festivalın bağlanış mərasimində “ASAN Könüllüləri”nin təqdimatında “Vəfalı Səriyyə” tamaşasının premyerası keçirildi. Cəfər Cabbarlının 120 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq səhnələşdirilən tamaşa “ASAN Könüllüləri”nin ərsəyə gətirdiyi sayca 20-ci səhnə əsəridir.

Tamaşadan sonra Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək “Gəncliyin səsi” festivalının artıq ənənə halını aldığını, layihənin gənc istedadların üzə çıxarılması, onların yaradıcılıq axtarışlarının, nailiyyətlərinin dəstəklənməsi və yeni simaların aşkar edilməsi məqsədi daşıdığını qeyd etdi, tamaşanın hazırlanmasında göstərilən dəstəyə görə Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirdi və gənclərə uğurlar arzuladı.

Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Bağırova da gənclərə təşəkkür edərək bildirdi ki, tamaşa böyük ədibin yubileyinə töhfədir. O, “ASAN Könüllüləri”nin bundan öncə C.Cabbarlının “Aydın” və “Solğun çiçəklər” əsərlərini də tamaşaya qoyduqlarını diqqətə çatdırdı.

Daha sonra “ASAN Könüllüləri” təşkilatının sədri Səbinə Cabbarova, Dövlət Agentlyinin İnsan resursları və təlim şöbəsinin müdiri Orxan Dəmirli çıxış edərək gənclərin yaradıcılıq imkanlarının üzə çıxarılmasına zəmin yaradan festivalın önəmindən bəhs etdilər. Tamaşanın quruluşçu rejissoru Könül Hüseynliyə və digər iştirakçılara təşəkkürnamələr təqdim edildi.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio