USD - 1.7 EUR - 1.9027 RUB - 0.027 TRY - 0.2989 DAHA ÇOX
SON DƏQİQƏ
ATƏT cəbhə xəttində monitorinq keçirəcək Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilib Rusiyadan alınan daha 2 qatar Bakıya gətirildi Ali məktəblərə ixtisas seçimi başlayır İyulun 24-də xarici valyutaların manata qarşı məzənnələri
ATU-nun uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunan konfrans

Fevralın 9-da Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında ATU-nun uşaq cərrahlığı kafedrasının yaranmasının 80 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

ASAN Radio xəbər verir ki, ATU-nun elmi işlər üzrə prorektoru, dosent Rauf Bəylərov kafedranın 1938-ci ildə yaradıldığını və buradakı mütəxəssislərin gənc nəslin sağlam böyüməsi üçün əllərindən gələni əsirgəmədiklərini deyib.

Klinikanın direktoru, professor Surxay Hadıyev kafedranın tarixi inkişaf yolu keçdiyini bildirib, kafedra əməkdaşlarının uğurlarından danışıb, konfransın işinə uğurlar diləyib. Direktor uşaq cərrahlığına həsr olunmuş konfransın Azərbaycanda ilk dəfədir keçirildiyini də diqqətə çatdırıb.

Azərbaycan Uşaq Cərrahlar Assosiasiyasının sədri, professor Çingiz Quliyev universitetin uşaq cərrahlığı kafedrasının inkişaf tarixi haqqında məlumat verib.

Kafedranın müdiri, tibb elmləri doktoru, Ramiz Poluxov uşaq cərrahiyyəsinin çox geniş sahələri əhatə etdiyini bildirib və burada aparılan əməliyyatlar haqqında danışıb.

Konfrans müxtəlif mövzularda məruzələrlə davam edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio