USD - 1.7 EUR - 1.9066 RUB - 0.027 TRY - 0.2976 DAHA ÇOX
SON DƏQİQƏ
“Çölçü” filmi beynəlxalq mükafatlara layiq görülüb Türkiyə XİN İraqda diplomatlara edilən silahlı hücumla bağlı məlumat yayıb Sosial şəbəkələrin işində problem yarandı Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilib
“Azerspace-1” peyki indiyədək 90 milyon dollar gəlir gətirib

“Azerspace-1” ötən 6 il ərzində 90 milyon ABŞ dolları gəlir gətirib.

ASAN Radio AZƏRTAC-a istinadla xəbər verir ki, “Azerspace-1” peykinin 30-dan çox ölkədə daimi müştərisi var. Peyk regionda dövlət və özəl qurumlara şəbəkə xidmətləri sahəsində artmaqda olan tələbatı ödəmək üçün yüksək texniki imkanlar yaradır. Hazırada “Azerspace-1” üzərindən 60-dan çox televiziya və radio kanalları yayımlanır.

“Azerspace-1” peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder.

“Azerspace-2” peyki isə ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcək.

“Azerspace-1” ilə yanaşı, “Azersky” – Yer səthinin məsafədən müşahidə peyki, ötən il isə ikinci telekommunikasiya peyki olan “Azerspace-2” orbitə buraxılıb. “Azerspace-2” peyki “Azerspace-1”in orbitdəki ehtiyatıdır. 

“Azerspace-2” peyki bu aydan kommersiya fəaliyyətinə başlayıb. “Azerspace-2” Avropa, Mərkəzi və Cənub-Qərbi Asiya, Yaxın Şərq və Tropik Afrika ölkələrini əhatə edir. Peyk əhatə zonasına daxil olan ölkələrdə dövlət və özəl sektora yüksək keyfiyyətli telekommunikasiya xidmətləri göstərir.

Cari ildə “Azerspace-2”nin tutumlarının istifadəsindən 16,5 milyon dollar gəlir əldə ediləcəyi proqnozlaşdırılır. Dəyəri 190 milyon dollar olan bu peykin ölkə iqtisadiyyatına 400 milyon dollar gəlir gətirəcəyi nəzərdə tutulur. “Azerspace-2” peykinin orbitdə fəaliyyət ömrü minimum 20 ildir.

Qeyd edək ki, Cənubi Qafqazda ilk peyk operatoru olan “Azərkosmos” ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksəkkeyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevralında orbitə buraxılan “Azerspace-1” peyki “Azərkosmos” tərəfindən idarə edilir. 2014-cü ilin dekabrında “Azərkosmos” sayca ikinci, təyinatına görə yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki olan “Azersky”ın idarəçiliyini təhvil alıb. Bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlayıb. ASC-nin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. 2018-ci ilin sentyabrında isə “Azerspace-2” peyki Kuru kosmodromundan uğurla orbitə buraxılıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio