USD - 1.7 EUR - 1.9027 RUB - 0.027 TRY - 0.2989 DAHA ÇOX
SON DƏQİQƏ
ATƏT cəbhə xəttində monitorinq keçirəcək Bakıda bu marşrutların hərəkət sxemi dəyişdirilib Rusiyadan alınan daha 2 qatar Bakıya gətirildi Ali məktəblərə ixtisas seçimi başlayır İyulun 24-də xarici valyutaların manata qarşı məzənnələri
Müdafiə naziri düşmənin hər bir təxribatına adekvat cavab əmri verdi

Fevralın 9-da Mərkəzi Komanda Məntəqəsində Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

MN-nin mətbuat xidmətindən ASAN Radioya verilən məlumata görə, Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Müdafiə naziri yeni tədris dövründə qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin müvafiq direktiv və təlimatlara uyğun olaraq daha da effektiv və keyfiyyətli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi, eləcə də peşəkarlığın artmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu ilə bağlı qarşımızda qoyduğu tapşırıqlar, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyə və tələblərin gündəlik fəaliyyətdə əks etdirilməsini tapşırıb.

Ali Baş Komandanın tapşırığına əsasən 2019-cu ildə də Azərbaycan Ordusunda, xüsusilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirən general-polkovnik Z.Həsənov bu sahədə yerinə yetirilən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müdafiə naziri döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, islahatların davam etdirilməsi, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Müşavirənin yekununda Müdafiə naziri bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin hər bir təxribatına adekvat cavab vermələri və onun fəaliyyətinin qarşısının qətiyyətlə alınması barədə əmr və tələblərini çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio