USD - 1.7 EUR - 1.9187 RUB - 0.0255 TRY - 0.3217 DAHA ÇOX
SON DƏQİQƏ
Əli Həsənov: Azərbaycan hakimiyyəti dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır ATU ilə “British Council Azərbaycan” ofisi arasında əməkdaşlıq müzakirə olunub  Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib

Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd Nikola Yurçeviç Bakıya gəlib.

ASAN Radio xəbər verir ki, AFFA ilə aparılacaq müzakirələr ərəfəsində xorvatiyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XVI turu çərçivəsində keçiriləcək bir neçə oyunu izləyəcək.

N.Yurçeviç Xorvatiya yığmasında Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçki ilə komanda yoldaşı olub. O, uzun müddət Xorvatiya futbolunun daha bir tanınmış siması – Slaven Biliçlə birgə çalışıb. 2002-ci ildə vətənində “Zaqreb” komandasında baş məşqçi kimi fəaliyyətə başlayan sabiq yarımmüdafiəçi növbəti mövsümdə Zareb “Dinamo”suna, 2005-ci ildə isə Avstriyanın “Austriya” və Xorvatiyanın “Slaven Belupo” kollektivlərinə rəhbərlik edib.

Bundan sonra S.Biliçin məşqçi korpusunda yer alan N.Yurçeviç Xorvatiya millisində, eləcə də Rusiyanın “Lokomotiv”, Türkiyənin “Beşiktaş” və İngiltərənin “Vest Hem” komandalarında köməkçi-məşqçi funksiyasını yerinə yetirib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio