USD - 1.7 EUR - 1.9066 RUB - 0.027 TRY - 0.2976 DAHA ÇOX
SON DƏQİQƏ
“Çölçü” filmi beynəlxalq mükafatlara layiq görülüb Türkiyə XİN İraqda diplomatlara edilən silahlı hücumla bağlı məlumat yayıb Sosial şəbəkələrin işində problem yarandı Türkiyənin İraqdakı diplomatlarına hücum olub, ölən və yaralananlar var Aprel şəhidlərinin uşaqları üçün yay düşərgəsi təşkil edilib
“İndidən bazarlarda qiymətlər qalxıb” - Deputat

Deputat Əli Məsimli ölkədə minimum əməkhaqqının qaldırılmasından sonra bəzi işbazlar tərəfindən ərzaq bazarında süni qiymət artımının baş verməsindən narahatlığını dilə gətirib. 

ASAN Radio xəbər verir ki, deputat əvvəlcə minimum əməkhaqqının artırılması məsələsini müsbət qiymətləndirib: “Bu əməkhaqqı hələ martın 1-dən tətbiq ediləcək. Ancaq indidən bazarlarda ərzaq, xüsusilə də, süd məhsullarıının qiyməti qalxıb. Gələn ay Novruz bayramı olacaq. Bu ərəfədə də işbazlar qiymət qaldıra bilərlər. Artıq bunun işartıları görünür. Ona görə də aidiyyatı strukturlar bu məsələni diqqətdə saxlamalıdırlar”.

 

Millət vəkili Vahid Əhmədov isə çıxışında banklar və problemli kreditlər məsələsini qaldırıb. O qeyd edib ki, bu gün məhkəmələrdə kreditlərlə bağlı 200 mindən artıq iş var: “Bunların da böyük əksəriyyəti dollar kreditləri ilə bağlıdır. Prezident əmanətlərin tam sığortalanması haqqında qanunun müddətini bir il uzatdı. Mən çox istərdim ki, cənab prezident bu məsələni də nəzarətinə götürüb, problemin həlli üçün qərar verərdi”. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio