USD - 1.7 EUR - 1.9187 RUB - 0.0255 TRY - 0.3217 DAHA ÇOX
SON DƏQİQƏ
Əli Həsənov: Azərbaycan hakimiyyəti dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır ATU ilə “British Council Azərbaycan” ofisi arasında əməkdaşlıq müzakirə olunub  Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
Xəzərin sahil zolağı plastik tullantılardan təmizlənib

 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə Bilgəh çimərliyinin bir hissəsində dəniz sahilinin plastik tullantılardan təmizlənməsi və toplanaraq təkrar emala göndərilməsi məqsədilə iməcilik keçirilib.

ASAN Radio xəbər verir ki, iməcilikdə ETSN-in əməkdaşları, Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts, səfirliyin nümayəndələri və “Azərsun Holdinq” MMC-nin texniki heyəti iştirak edib.

Plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, tullantıların idarə olunması sisteminin təkmilləşdirilməsi və əhalinin bu istiqamətdə maarifləndirilməsi məqsədilə keçirilən aksiyada 5 hektardan artıq sahil zolağı plastik tullantılardan təmizlənib və yenidən emal məqsədilə aidiyyəti üzrə daşınıb.

Nazirliyin sektor müdiri Mehman Nəbiyev bildirib ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitə tullantıların atılmasının qarşısını almaq, həmçinin Xəzər dənizini plastik və digər tullantılarla çirklənmədən qorumaq və bu işə ictimaiyyəti cəlb etməklə töhfə verməyə çağırmaqdır

M.Nəbiyev qeyd edib ki, plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə “Tədbirlər Planı” qəbul olunduqdan sonra bütün maraqlı tərəflərin iştirakı ilə mərhələli şəkildə tədbirlərin icrasına başlayıb: “Plastik tullantılar ətraf mühiti çirkləndirən əsas faktorlardan biridir. Gündəlik həyatımızda, məişətdə plastik məhsullardan istifadənin artması ətraf mühitə, təbiətə vurduğu ziyanı da artırmış olur. Bugünkü aksiyada toplanan tullantılar konteynerlər vasitəsilə təkrar emala göndəriləcək. Plastik tullantıların düzgün idarə edilməsi və çeşidlənməsi üçün ETSN-nin təşəbbüsü ilə 37 rayon və şəhərlərdə 153 ədəd xüsusi konteynerlər yerləşdirilib”.

Tullantıların yığılmasında iştirak edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts deyib ki, bu, çox vacib addımdır: “Çünki yaxın zamanlarda okeanlarda balıqlardan çox plastik tullantıların olacağı gözlənilir. Odur ki, hər kəs bu tədbirdə iştirak etməlidir. Məqsədimiz plastik qablardan istifadənin azaldılması və yenidən emalıdır. İstehsalçılar da istehsal prosesində plastikdən az istifadə edə bilərlər. Britaniyada super marketlərində elə bölmələr var ki, plastikdən istifadə olunmayıb. Britaniyada mağazalarda polietilen torbaların istifadəsinə müəyyən məbləğ tətbiq olunur. Britaniyada plastik qabların emalı üçün xüsusi müəssisələr ərazilər var. Gələn həftə Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Emma Nikolsonun səfəri zamanı Britaniyanın plastiklə bağlı strategiyasını barədə Azərbaycan hökuməti ilə danışıqlar aparılacaq. Bu, Britaniya və Azərbaycanın birgə həyata keçirdikləri qlobal çağırış kampaniyasına bir töhfə olacaq”.

Qeyd edək ki, ölkə Prezidentinin “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında sərəncamına uyğun olaraq ETSN tərəfindən plastik tullantıların ətraf mühitə mənfi təsirinin azaldılması, alternativ qablaşdırma materiallarından istifadənin genişləndirilməsi məqsədilə maarifləndirici aksiyalar keçirilir, təbliğat işləri davam etdirilir. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio