USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Qran-pri yarışlarına KİV nümayəndələrinin akkreditasiyası başlayır

Kütləvi İnformasiya Vasitələri mənsublarının nəzərinə!

13-14 may 2019-cu il tarixində Bakıda keçiriləcək paracüdo üzrə beynəlxalq Qran-pri yarışları üçün jurnalistlərin akreditisiyası başlayıb. Akkreditasiyadan keçmək üçün KİV nümayəndələrindən xahiş olunur ki, 12 fevral tarixindən etibarən aprel ayının 20-ə qədər müraciətlərini Azərbaycan Milli Paralimpiya Komitəsinin aşağıda göstərilən elekton poçt ünvanına göndərsinlər.

Tələb olunan məlumatlar: 

1. Adı, soyadı və atasının adı

2. KİV əməkdaşının yeni çəkilmiş fotosu (3x4 sm ölçüdə, JPG formatında)

3. Press kartının skan olunmuş görüntüsü (JPG formatında)

Akkreditasiyadan keçmiş KİV əməkdaşları aprel ayının 30-dan may ayının 5-ə qədər Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Ceyhun Hacıbəyli 110 ünvanında yerləşən ofisinə gələrək akkreditasiya vərəqələrini götürə biləcəklər. 

Ünvan:  Ceyhun Hacıbəyli 110

Əlaqə telefonu: (012) 441-28-81; (050) 286-68-25

E-mail: [email protected]

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!