USD - 1.7 EUR - 1.9187 RUB - 0.0255 TRY - 0.3217 DAHA ÇOX
SON DƏQİQƏ
Əli Həsənov: Azərbaycan hakimiyyəti dünyaya “ASAN xidmət” inqilabının təcrübəsini yayır ATU ilə “British Council Azərbaycan” ofisi arasında əməkdaşlıq müzakirə olunub  Görkəmli teleaparıcı Rafiq Hüseynovun yaşadığı evin qarşısında barelyefi açılıb Prezident İlham Əliyev Sumqayıtın dənizkənarı bulvarında şəhərin sakinləri ilə görüşüb DYP hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib
ATU-nun üz-çənə cərrahları daha bir unikal əməliyyat icra ediblər

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının üz-çənə cərrahları daha bir unikal əməliyyat icra ediblər. Klinikaya müraciət edən və üzündə damar mənşəli şiş olan xəstə əməliyyat edildikdən sonra defektlər damar ayaqcığı üzərində toxuma köçürülməsi ilə aradan qaldırılıb.

Bu barədə ASAN Radioya klinikanın ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri Məhəmməd Davudov məlumat verib.

O, həmçinin deyib: “Təxminən 50-55 yaşlı Gürcüstan vətəndaşı olan xəstənin üzündə damar mənşəli xoşxassəli şiş var idi. Şiş çox böyük nahiyəni tutmuşdu. Belə ki, o, üzün aşağı hissəsi, alt dodaq, yanaq, boyun nahiyəsini əhatə edirdi. Şiş götürüldükdən sonra əmələ gələn defekti döş əzələsindən alınan bir toxuma parçası ilə bərpa etdik. Cərrahi müdaxilə 4-5 saat davam etdi. Ən əsası isə köçürülən toxumalar regenerasiya olundu”.

Şöbə müdiri belə əməliyyatların son bir neçə ildir ki, klinikada icra olunduğunu da diqqətə çatdırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio