USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN xidmət” VII “Dünya Hökumət Sammiti”ndə

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti VII “Dünya Hökumət Sammiti”ndə iştirak etmək məqsədilə Dubay şəhərinə səfər edib. 

Sammit çərçivəsində “Dövlət Xidmətləri” mövzusunda təşkil olunmuş xüsusi Forumda Dövlət Agentliyinin nümayəndə heyəti iştirak edib. Forum zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən son illər dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatlar və bu islahatların tərkib hissəsi olan "ASAN xidmət" mərkəzlərinin yaradılması, məqsədləri və fəaliyyət istiqamətləri, habelə elektron hökumət quruculuğu məsələləri barədə ətraflı məlumat verilib. Həmçinin davamlı inkişafın təmin edilməsi baxımından dövlət xidmətlərinin göstərilməsindəki irəliləyişlərin digər sahələrə də müsbət təsirə malik olduğu vurğulanıb.

Geniş müzakirə və suallarla davam edən tədbirə ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Hindistan, Səudiyyə Ərəbistanı, Niderland kimi ölkələrin müvafiq sahə üzrə yüksək vəzifəli nümayəndələri, beynəlxalq təşkilatlar, mülki cəmiyyət və özəl sektoru təmsil edən mütəxəssislər qatılıblar.

Tədbir çərçivəsində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bir sıra dövlət rəsmiləri ilə görüşlər keçirib.

Mərakeş Krallığının inzibati idarəçilik və dövlət qulluğu naziri Mohammed Ben Abdelkader, Monteneqronun dövlət idarəçiliyi naziri Suzana Pribiloviç, Uqanda Respublikasının ictimai xidmətlər üzrə dövlət naziri David Karubanqa, İndoneziya Respublikasının inzibati və bürokratik islahatlar nazirinin müavini Diah Natalisa ilə keçirilən görüşlərdə Dövlət Agentliyi ilə müvafiq qurumlar arasında imzalanmış Anlaşma Memorandumunun implementasiyası çərçivəsində nəzərdə tutulmuş fəaliyyətlər barədə müzakirələr aparılıb.

Səfər zamanı BƏƏ-nin Nazirlər Kabinetinin Baş katibi Abulla Bin Tuq və yerli icmaların inkişafı üzrə nazir Hessa Bin Essa Buhumaid ilə də ikitərəfli görüşlər keçirilib.

Görüşlər zamanı tərəflər arasında dövlət xidmətlərinin göstərilməsi və sosial innovasiyalar sahəsindəki əməkdaşlıq perspektivləri müzakirə edilib.

Görüşlərin bir qismi Dövlət Agentliyinin təşəbbüsü ilə Dubay şəhərində yeni fəaliyyətə başlamış “Azərbaycan Ticarət Evi”ndə keçirilib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!