“Münhendə təhlükəsizlik məsələləri üzrə konfrans çərçivəsində Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakyanla görüşüb, iki ölkə liderlərinin sammitini müzakirə edə bilərik”.
ASAN Radio “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “RİA Novosti”yə müsahibəsində bildirib.
“Fikirimcə, bu məsələ Ermənistandan olan həmkarımla görüşdə müzakirə olunacaq. Eyni zamanda, əlbəttə Minsk qrupu həmsədrlərinin bölgəyə növbəti səfəri zamanı müzakirə ediləcək”, - deyə E.Məmmədyarov ölkə liderlərinin sammiti ilə bağlı suala cavabında qeyd edib.
O, ermənistanlı həmkarı ilə Münhendə ayaqüstü olsa da mütləq görüşəcəklərini bildirib: “Münhendə yəqin ki, ayaqüstü mütləq görüşəcəyik. Biz görüşmək üçün istənilən imkandan istifadə edirik”.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!