USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Türkiyə Prezidentinin arxivindən Hürrəm Sultanın Qanuni Süleymana məktubları ictimaiyyətə açıqlanıb

Türkiyə Prezidentinin arxivindən Hürrəm Sultanın Qanuni Sultan Süleymana məhəbbət məktubları ictimaiyyətə açıqlanıb.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, məktublarda böyük eşq və həsrət hissləri dərin ədəbi üslubla öz əksini tapıb. Hürrəm Sultanının 1526-cı ildə əri Qanuni Sultan Süleymana göndərdiyi məktublar Osmanlı dövrünün tarixi ilə maraqlananlar və tədqiqatçılar üçün əvəzsiz mənbədir. Eyni zamanda, bu namələr dövrünün ən gözəl nəsr və nəzm nümunələri hesab oluna bilər. Məktub aşağıdakı lirik sözlərlə başlayır: “Sultanım, padşahım! Məhəbbət bağını andıran gözəl çöhrənizin çiçəkləri ilə bəzənmiş dualarımı və gözlərinizin insanı cuşa gətirən şərabı ilə dolub-daşan hisslərimi səhər vaxtı həsrət guşəsində ah çəkənlər və gecələr ayrılıq diyarında inləyənlərlə birgə səadət ulduzum olan Sultanımın hüzuruna ithaf edirəm”.

Ukrayna mənşəli olan Hürrəm Sultanın Osmanlı türkcəsində yazılmış təşbihlərinı heyrətsiz oxumaq mümkün deyil: “Mən Allahın yaratdığı Kainatda qaib olmuş birisiyəm. Ömrümün baharını sizin mücəvhər qutusunun bir incisi kimi mühafizəniz altında yaşadım. Həsrət acısı ilə yanıb-tutuşan və çəkdiyi iztirablar üzündən pərişan olan bu çarəsiz qulunuzun dəyərsiz sızlamalarını qəbul edin. Sizin yanınızda olmaqdan duyduğum xoşbəxtlik hisslərini anlatmağa qələmlər yetməz. Bu xatirələrin sayəsində bir az da olsa təsəlli tapıram. Əsən küləklər çəkdiyim acıları sizə çatdırsa, o zaman anlarsınız ki, qulunuzun vəziyyəti fəryad edən bülbül kimidir”.

Arxiv İdarəsi Hürrəm Sultanın “göz yaşları ilə islanmış libasımı sizə göndərdim” sözləri ilə başlayan məktubu, Qanuni Sultan Süleyman dövrünün ən görkəmli şəxsiyyətlərindən biri, tarixdə “Parqalı” ləqəbi ilə qalmış İbrahim paşanın xanımı Xədicə Sultana yazdığı poetik namələri də ictimaiyyətlə bölüşüb. Sədr-əzəm İbrahim paşanın Avropa ölkələrinin fəthi və Təbriz yaxınlarından göndərdiyi məktublar isə tarixçilər üçün yeni mənbə olacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!