USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bir həftə əvvəl bağlanan marşrut ikinci dəfə açıldı

Bakıda bir müddət əvvəl fəaliyyəti dayandırılan avtobus marşrutları yenidən xəttə buraxılıb. Ötən gündən etibarən 18 nömrəli avtobus yenidən əvvəlki marşrutu üzrə hərəkətə başlayıb. 

Marşrutun bərpa edilməsini Bakı Nəqliyyat Agentliyinin (BNA) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nuridə Allahyarova da təsdiqləyib. 

Onun sözlərinə görə, hazırda 18 və 96 nömrəli marşrutlar yenidən işləyir. Avtobusların hansı səbəbdən xəttə buraxıldığı haqqında açıqlama verməyən mətbuat katibi adıçəkilən xətlərin sürücülərinə təlimatların verildiyini vurğulayıb. 

"Bizə 18 və 96 nömrəli marşrutlardan çoxlu şikayətlər daxil olur. Biz də bununla bağlı sürücülərə xəbərdarlıq etmişik", - deyə Nuridə Allahyarova bildirib.

16, 18 və 96  saylı marşrutlar iyunun 9-da xətdən çıxarılmışdı. ANS PRESS-in məlumatına görə, təkmilləşdirmə işlərinin davamı olaraq müvafiq sərəncama uyğun şəkildə, tələblərə cavab vermədiyindən və təkrarlanan marşrut xətləri hesab olunduğundan BNA tərəfindən xətdən çıxarılmışdı.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!