USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Maştağada

Maştağa qəsəbəsində “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” sosial aksiyası keçiriləcək.

Əmlak Məsələləri Dövlət Komitəsindən ASAN Radioya verilən məlumata görə, komitə vətəndaşa yönəlik “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası ilə qeydiyyat xidmətlərini daha da əlçatan edir. Daşınmaz əmlakın qeydiyyatı xidmətlərinin birbaşa ünvanlarda göstərilməsi ilə vətəndaşların ərazi idarəsinə getmək ehtiyacı aradan qaldırılır. Çevik xidmət və rahat müraciətə yönəlmiş növbəti kampaniya bu həftə Maştağada keçiriləcək.

 

Daşınmaz əmlaklarla bağlı xidmətlərdən faydalanmaq istəyən Maştağa qəsəbəsinin sakinləri fevralın 18-dən 22-dək saat 09:00-dan 17:00-dək Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Hadi Şəfai küçəsi 37 (Qəsəbə nümayəndəliyinin qarşısı) ünvanındakı mobil ofisə yaxınlaşa bilər.

 

Sakinlər əlavə vaxt itirmədən elə ünvanlardaca yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakların qeydiyyatı xidmətləri ilə yanaşı, qəsəbə sakinləri hüquqi yardımın göstərilməsi üçün də müraciət edə bilər. Sosial aksiya çərçivəsində qeydiyyat xidmətlərinin göstərilməsi ilə bərabər vətəndaşlara hüquqi məsləhətlər veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq. Mülkiyyət hüququnu həyata keçirərək leqal daşınmaz əmlaka sahib olmaq istəyən bütün vətəndaşlar səyyar xidmətlərdən yararlanmağa dəvət olunur.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!