USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Səhiyyə naziri Oqtay Şirəliyev ATU-da yeni Tədris Mərkəzinin açılışında iştirak edib

Bu gün Azərbaycan Tibb Universitetinin (ATU) İnsan anatomiyası və tibbi terminologiya kafedrasının nəzdində yeni Tədris Mərkəzinin açılışı olub. Kafedranın 100 illik yubileyinə həsr olunmuş açılış mərasimində Azərbaycan Respublikasının Naziri Oqtay Şirəliyev iştirak edib. 

ASAN Radio xəbər verir ki, nazir O. Şirəliyevə yeni Tədris Mərkəzinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının 100 illiyi münasibətilə yeni layihə əsasında yenidən qurularaq innovativ avadanlıqlarla təchiz edilməsi haqqında məlumat verilib. Mərkəzdə tədris otaqları və mühazirə zalı ilə yanaşı, tələbələrin praktik bilgilərini daha dərindən mənimsəməsi üçün zəruri avadanlıq da quraşdırılıb. 

Yeni Tədris Mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirən səhiyyə naziri Oqtay Şirəliyev bu mərkəzin tədrisin beynəlxalq standartlara uyğun formada təşkili baxımından böyük əhəmiyyət daşıdığını bildirdi. İnsan anatomiyası kafedrasının Azərbaycan Tibb Universitetinin ən əsas və qocaman kafedrası olduğunu qeyd edən cənab nazir tələbələlik illərindəki xatirələrini bölüşərək müasir dövrdə tibb təhsili sahəsindəki ciddi irəliləyişlərdən də danışdı. 

Rektor professor Gəray Gəraybəyli yeni Tədris Mərkəzi, o cümlədən ümumiyyətlə Tibb Universitetində yaradılan şərait, aparılan islahatlar, təhsil və tədris sistemindəki yeniliklər, gözləntilər barədə cənab nazir və mərasim iştirakçılarına ətraflı məlumat verdi.  

Daha sonra ATU-nun insan anatomiyası kafedrasının müdiri, professor Vaqif Şadlinski kafedranın fəaliyyəti, işçi heyəti, yeni Tədris Mərkəzinin planları haqqında məlumat verdi. Qeyd olundu ki, Azərbaycandakı tədris müəssisələrində yalnız bu Tədris Mərkəzində kremasiya sobası yerləşir. Əsasən aşağı kurs tələbələri üçün nəzərdə tutulan tədris Mərkəzindən həm də Tələbə Elmi Cəmiyyətinin xəttilə elmi iş işləyən gənclər və rezidentlər də istifadə edə bilərlər. 

Qeyd edək ki, 2019-cu il fevral ayının 18-də Azərbaycan Tibb Universitetinin İnsan anatomiyası və tibbi terminologiya kafedrasının yaradılmasının 100 illiyi tamam olur. Kafedra 1919-cu ildə indiki Bakı Dövlət Universitetinin ilk ən böyük fakültəsi olan Tibb fakültəsi nəzdində yaradılıb. 1930-cu il may ayının 9-da bu fakültənin bazası əsasında Azərbaycan Dövlət Tibb İnstitutu yaradılıb və kafedra həmin institutun nəzdində fəaliyyətini davam etdirib.

Kafedra ayrı-ayrı illərdə müxtəlif ünvanlarda yerləşdirilib, 1949-cu ildə isə tikintisi hələ tamamlanmayan və məxsusi olaraq morfoloji fənlərə aid kafedralar üçün nəzərdə tutulan yeni 4 mərtəbəli binaya qismən köçürülmə başlanıb. 1953-cü ildə köçürülmə bütöv şəkildə başa çatdırılıb. Elə həmin ildən bu vaxtadək demək olar ki, kafedrada əsaslı təmir-bərpa işləri aparılmayıb.

Hər sahədə olduğu kimi tibb təhsili və tibb elmi sahələrinə də yaxından dövlət qayğısı göstərən cənab Prezident İlham Əliyevin diqqəti sayəsində 2018/2019-cu tədris ilində kafedranın maddi-texniki bazası yenidən qurulub, ən müasir innovativ avadanlıqlarla təchiz edilib. Yeni tədris və elm mərkəzinin qurulması isə həmin kafedranın 100 illik yubileyinə ərməğan edilən ən böyük töhfədir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!