USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“ASAN Viza”ya “Radiant Launch” mükafatı təqdim olunub

22 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzində “ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib.

ASAN Radio xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Vladimir Gjorgjiev və digər qonaqlar iştirak ediblər.

Öncə “ASAN Viza” sistemin yaradılması məqsədləri, fəaliyyət istiqamətləri barədə qonaqlara məlumat verilib.

Sonda “ASAN Viza” üçün “Radiant Launch” mükafatı təqdim olunub.

11-13 dekabr 2018-ci il tarixində Tailand Krallığının Banqkok şəhərində keçirilən Sərhəd İdarəetməsi və Kimlik konfransı çərçivəsində Beynəlxalq Miqrasiya Təşkilatı “ASAN Viza”nı APSCA (Association of Professional Social Compliance Auditors) tərəfindən təşkil olunan “Radiant Launch” nominasiyası üzrə qalib elan edib. “Radiant Launch” mükafatı son 18 ayda həyata keçirilən ictimai xidmətlər və tətbiqlər sahəsindəki ən uğurlu layihələrə təqdim edilir.

“ASAN Viza” və BMqT arasındakı əməkdaşlıq çərçivəsində BMqT tərəfindən vizaların verilməsi işinin təkmilləşdirilməsi üzrə mütəmadi olaraq dəstək verilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!