USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bu gün futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna start veriləcək

Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turuna start veriləcək.

ASAN Radio xəbər verir ki, turun açılış matçı Qəbələ şəhər stadionunda baş tutacaq. Şəhərin eyni adlı təmsilçisi doğma azarkeşlər önündə autsayder “Keşlə”ni qəbul edəcək. Qonaqlar ötən tur evdə “Sumqayıt”ı 2:1 hesabı ilə məğlub etməklə qış fasiləsindən sonra ilk qələbələrini qazanıblar və son pillədən qurtulublar. Ancaq 15 xalla 6-cı sırada olan paytaxt klubu sonuncu yerdəki “Zirə”ni cəmi 1 xal qabaqlayır. “Qəbələ” isə 23 xalla 4-cü yerdədir.

“Qəbələ” və “Keşlə” indiyədək ölkə çempionatlarında 42 dəfə qarşılaşıblar. “Qırmızı-qaralar” bunlardan 12-də qalib gəldikləri halda, 14-də uduzublar. Əyalət təmsilçisi bu rəqiblə son 9 oyunda meydanı qolsuz tərk etməyib. Son 4 görüşdə hər iki komanda qol vurub. “Keşlə” 13 matçdır “Qəbələ”yə qalib gələ bilmir. Kollektivlərin ilk dövrədə Qəbələdə baş tutan duelində heç-heçə qeydə alınıb – 1:1. Bakıdakı görüşdə isə qonaqlar 2:1 hesabı ilə üstün olublar. Oyunun baş hakim funksiyası Rəşad Əhmədova tapşırılıb.

On səkkizinci turun birinci gününə saat 16:30-da oynanılacaq matç ilə yekun vurulacaq. Debütant “Sabah” doğma “Əlincə Arena”da son çempion “Qarabağ” ilə münasibətlərə aydınlıq gətirəcək.

Hazırda 20 xalla 5-ci yerdə qərarlaşan meydan sahibləri son 2 matçda uduzublar. Qonaqlar isə əksinə, qış fasiləsindən sonra 38 xalla lider olan “Neftçi” ilə 1:1 hesablı heç-heçə etməklə xal itiriblər. Ağdam təmsilçisi 37 xalla 2-ci sıradadır.

İlk dövrədəki qarşılaşmalarda eyni sayda – 2 top vurulub. “Qarabağ” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi halda, evdə debütantın müqavimətini qıra bilməyib – 1:1.

Fevralın 24-də saat 16:00-da turnir cədvəlinin hazırkı lideri “Neftçi” klubu “Bakcell Arena”da “Səbail” komandasını qəbul edəcək. Matçın idarə olunması Orxan Məmmədova həvalə edilib.

Turun sonuncu və mərkəzi qarşılaşması “Kapital Bank Arena” stadionunda oynanılacaq. “Zirə səfərdə “Sumqayıt”ın qonağı olacaq. Saat 18:30-da start götürəcək oyunda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Turun bütün görüşləri “CBC Sport” televiziyası ilə birbaşa yayımlanacaq.

Qeyd edək ki, 17 turdan sonra turnir cədvəlinə 38 xalla “Neftçi” klubu başçılıq edir. Ağdamın “Qarabağ” klubu 37 xalla ikinci, aktivində 27 xal olan “Səbail” üçüncü yerdədir. Digər pillələrdə isə müvafiq olaraq, “Qəbələ” (23), “Sabah” (20), “Keşlə” (15), “Sumqayıt” (15) və “Zirə” (14) qərarlaşıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!