USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə olub

Fevralın 23-də Xocalı soyqırımının anım tədbirlərində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Bosniya və Herseqovinanın “Srebrenitsa anaları” Assosiasiyasının nümayəndə heyəti Milli Məclisdə deputatlarla görüşüb.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qonaqlara Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı barədə ətraflı məlumat verib. Bildirib ki, Ermənistan hələ də BMT-nin 4 qətnaməsinə məhəl qoymur və Azərbaycan torpaqlarını işğal altında saxlayır. 1992-ci il fevralın 26-da Xocalı şəhərində bir gecədə 106-sı qadın, 62-si uşaq olmaqla 613 Azərbaycan vətəndaşı qətlə yetirilib, xeyli insan əsir götürülüb və işgəncələrə məruz qalıb. Dünyanın 10-dan çox ölkəsi və ABŞ-ın 20-dən çox ştatı Xocalı soyqırımının tanınması barədə qətnamə qəbul edib.

Milli Məclisin deputatları Flora Qasımova və Bəxtiyar Əliyev Xocalı həqiqətləri barədə danışıblar. Bildiriblər ki, hazırda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanıdılması istiqamətində işlər davam etdirilir.

“Srebrenitsa anaları” Assosiasiyasının sədri Munira Subaşiç bildirib: “1995-ci ildə biz də soyqırımına məruz qalmışıq. Ona görə də sizi yaxşı başa düşür və dərdinizə şərik oluruq”. Qonaq məlumat verib ki, Srebrenitsada da üç gün ərzində 10 mindən çox insan, o cümlədən 570 qadın və 1000-dən çox uşaq öldürülüb. Bu soyqırımının günahkarları cəzalandırılıb və dünya bu soyqırımını tanıyır. Avropa İttifaqı 11 iyul tarixini Srebrenitsa Qurbanlarının Anım Günü kimi təsis edib. Həmin ərazidə böyük memorial kompleksi inşa edilib.

Qonaqlar Xocalı soyqırımının da dünya birliyi tərəfindən tanınacağına inamlarını ifadə ediblər və bunun üçün köməklərini əsirgəməyəcəklərini diqqətə çatdırıblar.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!