USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
Növbəti üç gün üçün hava proqnozu açıqlanıb Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib  Sabahın hava proqnozu İlqar Muradov və Cavan Zeynallıya Xalq artisti adı verilib Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda Xalq yazıçısı adı verilib
Problemli kreditlərin həlli üzrə yeni elektron resurs

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədi yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/)  hazırlayıb. 

Mərkəzdən ASAN Radioya bildirilib ki, elektron resursun ilk bölümündə qanunvericilik bazası yer alıb. Hazırda həmin bölümdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib. 

İkinci bölümdə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan Kalkulyator yer alıb. Qeyd edək ki, bu kalkulyator vasitəsi ilə həm 21 fevral 2015-ci il, həm də 21 dekabr 2015-ci il tarixinə xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm scroll-bar, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür. 

Yeni elektron resursun digər bölümü Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölümdə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.

Sonuncu bölüm tez-tez soruşulan suallara aid edilib. Bu bölümdə Fərmanla bağlı ən aktual məsələlər eləcə də problemlərə dair suallar cavablandırılıb.

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio