USD - 1.7 EUR - 1.9008 RUB - 0.0262 TRY - 0.2779 DAHA ÇOX
SON DƏQİQƏ
Növbəti üç gün üçün hava proqnozu açıqlanıb Prezident İlham Əliyev gürcüstanlı həmkarını təbrik edib  Sabahın hava proqnozu İlqar Muradov və Cavan Zeynallıya Xalq artisti adı verilib Kamal Abdulla, Natiq Rəsulzadə və Afaq Məsuda Xalq yazıçısı adı verilib
Müdafiə naziri ön xətt bölmələrində olub - VİDEO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən genişmiqyaslı təlimlərə rəhbərlik edən Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti ön xətt bölmələrində olublar. ASAN Radio MN-ə istinadən bildirir ki, Müdafiə nazirinə əməliyyat şəraitinin vəziyyəti barədə məruzə edilib. General-polkovnik Z.Həsənov üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib və bölmələrin daim döyüşə hazır vəziyyətdə olmasını təmin etmək məqsədilə  müvafiq tapşırıqlar verib.

Bölmələrdəki şəraitlə tanış olan Müdafiə naziri şəxsi heyət üçün yeni inşa edilən əsgər yataqxanası, silah otağı, ideoloji otaq, yeməkxana, məişət otağı, hamam, əşya anbarı, eləcə də digər xidməti obyektlərdən ibarət olan yaşayış kompleksinin açılışında iştirak edib.

Görülən işlərlə maraqlanan general-polkovnik Z.Həsənov hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin dövlətimizin diqqət və qayğısı sayəsində daim davam etdirildiyini xüsusi vurğulayıb.

Müdafiə naziri xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırıb və şəxsi heyətlə çay süfrəsi arxasında söhbət aparıb.

Sonra nazir cəbhəboyu zonada yerləşən kəndlərdən birində yerli sakinlərlə görüşərək əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə yaşayış məntəqələrimizin müdafiəsi barədə söhbət edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio