USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Səyyar ASAN xidmət davam edir Ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub Fövqəladə hallar naziri yanğın baş verən əraziyə gəlib Rəsmi Ankara Trampın qərarına etiraz etdi
BMT və ISESCO nümayəndələri “ASAN xidmət”də

14 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycrini və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının rəhbərinin müavini, Avropa və MDB üzrə Regional Bürosunun direktoru Miryana Eqqerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

ASAN Radio xəbər verir ki, görüşlərdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. 

ISESCO-nun baş direktoru ilə keçirilən görüş zamanı Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Anlaşma Memoradumunun implementasiyası istiqamətində fikir mübadiləsi aparılıb. Dövlət Agentliyinin sədri “ASAN xidmət” modelinin ISESCO-ya üzv dövlətlərdə tətbiqi istiqamətində fəaliyyətin davam etdirildiyini və artıq bununla bağlı bir sıra ölkələrlə Anlaşma Memorandumlarının imzalandığını qeyd edib. 

ISESCO-nun baş direktoru bu istiqamətdə əməkdaşlığın uğurla həyata keçirilməsinə tərəflərin hazır olmasını müsbət hal kimi diqqətə çatdırıb. 

Bundan əlavə, Dövlət Agentliyi ilə ISESCO arasında imzalanmış Birgə Əməkdaşlıq Proqramının implementasiyası istiqamətində müzakirələr də həyata keçirilib.

BMT-nin nümayəndə heyəti ilə keçirilən görüşdə qonaqlara “ASAN xidmət” mərkəzlərinin yaradılması məqsədləri və fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Bildirilib ki, bu günədək 27 milyondan çox vətəndaş müraciəti qeydə alınıb. Bundan başqa vurğulanıb ki, ”ASAN xidmət” Birləşmiş Millətlər Təşkilatının 2015-ci il Dövlət Xidmətləri Mükafatına (United Nations Public Service Award 2015) layiq görülüb. 

Sonra qonaqlar “ASAN xidmət” mərkəzi, “ABAD” publik hüquqi şəxs və “ASAN Təlim-Tədris Mərkəzi” ilə tanış olublar. 

Yaradılmış şərait və iş prinsipi ilə tanış olan qonaqlar ”ASAN xidmət”ə gələcək fəaliyyətində uğurlar arzulayıblar. 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio