USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Səyyar ASAN xidmət davam edir Ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub Fövqəladə hallar naziri yanğın baş verən əraziyə gəlib Rəsmi Ankara Trampın qərarına etiraz etdi
“TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib

15 mart 2019-cu il tarixində Gənclər Paytaxtı Şamaxıda “ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin açılış mərasimi keçirilib.

Tədbir iştirakçıları öncə Şamaxı rayonunda 130 türk şəhidinin şərəfinə ucaldılmış "Türk şəhidliyi" abidəsini ziyarət ediblər.

Sonra “ASAN Könüllüləri” Təşkilatının fəaliyyət istiqamətləri, həyata keçirilən müxtəlif fərdi inkişaf yönümlü və sosial əhəmiyyətli layihələr, tədbirlər barədə məlumat verilib. Həmçinin “TÜRKSOY-un I Beynəlxalq simulyasiyası” layihəsinin türkdilli dövlətlərin gənclərinin inkişaf etdirilməsi, mədəni və ideoloji əlaqələrin möhkəmləndirilməsi istiqamətində xüsusi əhəmiyyəti vurğulanıb.

15-17 mart 2019-cu il tarixini əhatə edəcək layihənin məqsədi müxtəlif türk dövlətlərindən olan gənclərin vahid ideologiya ətrafında birləşmələrini təmin etməkdir. Qədim və bənsərsiz tarixə malik türk mədəniyyətinin nümayiş olunacağı “TÜRKSOY I Beynəlxalq simulyasiyası” layihəsində iştirakçılar tərəfindən mədəni inkişaf sahəsindəki xalqların problemləri və onların həlli yolları müzakirə olunacaq, qanun layihələri hazırlanacaq. Həmçinin ölkələrin mədəniyyət nümunələri də sərgilənəcək. Layihədə 6 müxtəlif ölkə, 8 türk topluluğundan olan 20, qeydiyyatdan keçmiş və müsahibə mərhələsi uğurlu hesab edilən isə 30 olmaqla, ümumilikdə 50 gənc iştirak edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio