USD - 1.7 EUR - 1.8952 RUB - 0.0264 TRY - 0.2775 DAHA ÇOX
SON DƏQİQƏ
BMTİP-in Rezident Nümayəndəsi Xarici İşlər Nazirinə etimadnaməsini təqdim edib "Çelsi" və "Arsenal" klublarına ayrılan biletlərdən satılmayanları Bakıya göndərilib İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib Əcnəbi tələbələrin III forumu keçirilib Ülvi Mehdiyev Hindistan səfirilə görüşüb
”Bir könüllüdən min könüllüyə” adlı layihənin 9-cu seminarı keçirilib

14 mart 2019-cu il tarixdə Bakı Dövlət  Universitetində ”Bir könüllüdən min könüllüyə” adlı layihənin 9-cu seminarı keçirilib.

Layihə Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi, ASAN Könüllülük Məktəbinin və ASAN Könüllüləri Təşkilatının təşkilatçılığı, ASAN Radionun informasiya dəstəyi ilə həyata keçirilir.

”Bir könüllüdən min könüllüyə” layihəsinin məqsədi ali və orta ixtisas təhsil müəssisələrində təhsil alan gənclər arasında könüllülük fəaliyyətinin təbliği və təşviqi, sosial xidmətlər sahəsində könüllü müraciətlərinin sayını və onların bu sahəyə marağını artırmaqdır.

Qeyd edək ki, tədbiri Universitetin  Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Daşqın Qənbərov açaraq qonaqları salamlayıb. Ölkəmizdə gənclərin, o cümlədən Bakı Dövlət Universitetinin  tələbələrinin könüllülük fəaliyyətinə xüsusi maraq göstərməsini müsbət qiymətləndirmiş, ölkəmizdə keçirilən yerli və beynəlxalq tədbirlərdə könülülərin rolunun əvəzsiz  olduğunu qeyd edib. Daha sonra Dövlət Agentliyinin İnsan resursları və Təlim şöbəsinin müdir müavini,  ASAN Könüllülük Məktəbinin rəhbəri Cahangir Hacıyev ölkəmizdə geniş vüsət  almış könüllülük hərəkatından  söz açaraq  bu fəaliyyətin ölkə başçısı tərəfindən yaxından dəstəklənməsini,  gənclərinin inkişafina yönəlmiş layihələrdə ASAN könüllülərinin yaxından iştirak etdiklərini qeyd edib. Daha sonra layihə rəhbəri Nərmin Cahangirova layihə barədə tələbələrə ətraflı məlumat verib.  Layihənin qonağı YAŞIL ASAN Təşəbbüsünün rəhbəri Səkinə Həsənova ASAN könüllülərinin layihələrindən  və öz uğurlarından bəhs edib. Daha sonra  ASAN könüllüsü olmuş və hal-hazırda Ədliyyə Nazirliyinin penitensiar xidmətində çalışan Rövşən Abbasov və ASAN könüllüsü - UNEC tələbəsi , ML start-up.nin həmtəsisçisi  Teymur Hacıyev  könüllülüklə başlayan uğur hekayələrini universitetin tələbələri ilə bölüşdülər.  2-ci hissədə təlimçi Rəşad Məmmədov tələbələrə “Beynəlxalq Könüllülük proqramları və Azərbaycanda könüllülük hərəkatı” mövzusunda təlim keçmiş və tələbələri maraqlandıran sualları cavablandırıb.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio