USD - 1.7 EUR - 1.8952 RUB - 0.0264 TRY - 0.2775 DAHA ÇOX
SON DƏQİQƏ
BMTİP-in Rezident Nümayəndəsi Xarici İşlər Nazirinə etimadnaməsini təqdim edib "Çelsi" və "Arsenal" klublarına ayrılan biletlərdən satılmayanları Bakıya göndərilib İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib Əcnəbi tələbələrin III forumu keçirilib Ülvi Mehdiyev Hindistan səfirilə görüşüb
Rəhman Kazımov yeniyetmə ağır atletlərimiz arasında ilk dünya çempionu adını qazanıb

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi başa çatıb.

ASAN Radio Azərbaycan Ağır Atletika Federasiyasına (AAAF) istinadla xəbər verir ki, 50 ölkədən 200-ə yaxın atletin mübarizə apardığı yarışda yığma komandamızın üzvü Rəhman Kazımov qızıl medal qazanıb.

Komandamızın üzvlərindən son olaraq körpücük üzərinə çıxan R.Kazımov (+102) birdən qaldırma hərəkətində 131 kiloqramı başı üzərinə qaldıraraq bu hərəkətdə beşinci yeri tutub. Təkanla qaldırmada isə idmançımız tarixi uğur əldə edib. Hər üç yanaşmasını uğurla yerinə yetirən Avropa birinciliyinin mükafatçısı 174 kiloqramı başı üzərinə qaldırmağı bacarıb. Bununla da atletimiz bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib olub. Azərbaycan yeniyetmə ağır atletikası tarixində indiyədək heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan R.Kazımovun medalı bir ilkdir.

Toplam 305 kiloqram (131+174) nəticə ilə Rəhman Kazımov yekun sıralamada dördüncü yeri tutub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio