USD - 1.7 EUR - 1.8952 RUB - 0.0264 TRY - 0.2775 DAHA ÇOX
SON DƏQİQƏ
BMTİP-in Rezident Nümayəndəsi Xarici İşlər Nazirinə etimadnaməsini təqdim edib "Çelsi" və "Arsenal" klublarına ayrılan biletlərdən satılmayanları Bakıya göndərilib İtaliya Prezidenti İlham Əliyevi Respublika Günü münasibətilə təbrik edib Əcnəbi tələbələrin III forumu keçirilib Ülvi Mehdiyev Hindistan səfirilə görüşüb
Masallıda “ASAN Həyat” Bahar Festivalı keçirilir

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “İnnovasiyalar Mərkəzi”nin təşkilatçılığı ilə “ASAN Həyat” Bahar Festivalı keçirilir.

2 – 19 mart tarixini əhatə edən Festival çərçivəsində Şəki və Qubadan sonra Masallı “ASAN Həyat” kompleksində milli personajların iştirakı ilə Novruz tamaşaları, pəhlivan və kəndirbaz oyunları, milli ornomentlərin sərgisi, idmaçıların çıxışları, müxtəlif konsert proqramları təşkil olunub.  

Festivalda, həmçinin “ABAD” publik hüquqi şəxsin “ABAD Gastro Village” layihəsi çərçivəsində Food trucklər (təkərli qoşqular) nümayiş olunur. Bu trucklərdə “ABAD” məhsullarından hazırlanmış fast foodların satışı həyata keçirilir.

Festivalın əsas məqsədi xalqmızın qədim dəyərlərindən olan Novruz bayramının adət-ənənələrini yaşatmaq, onları gələcək nəsillərə ötürmək, regionların sosial mədəni həyatına, bayram əhval ruhiyyəsinin artırılmasına töhfə vermək və asudə vaxtın səmərəli təşkilini təmin etməkdir. Həmçinin Novruz bayramı qeyd olunan ölkələrin festivalda iştirakını təmin etməklə ölkəmizlə bu dövlətlər arasında olan mədəni əlaqələrin inkişaf etdirilməsi proiritetdir.

Masallı “ASAN Həyat” kompleksində konsert proqramı da təşkil olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio