USD - 1.7 EUR - 1.9288 RUB - 0.0264 TRY - 0.311 DAHA ÇOX
SON DƏQİQƏ
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb Səyyar ASAN xidmət davam edir Ticarət mərkəzindəki yanğının yayılmasının qarşısı alınıb, 3 helikopter cəlb olunub Fövqəladə hallar naziri yanğın baş verən əraziyə gəlib Rəsmi Ankara Trampın qərarına etiraz etdi
Elçin Quliyev növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib

16 Mart 2019-cu il tarixdə Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) növbəti Ümumi Yığıncağı keçirilib. Yığıncaqda Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadə, ARAF İdarə Heyətinin üzvləri və 100-ə yaxın federasiya üzvü iştirak edib.

Azərbaycan Respublikası Atçılıq Federasiyasının Mətbuat Mərkəzindən ASAN Radioya xəbər verilib ki, ümumi Yığıncağın əvvəlində son illər ərzində Azərbaycan Respublikasında atçılığın tərəqqisinə, beynəlxalq yarışlarda qazanılmış uğurlara həsr olunmuş sənədli film nümayiş olunub.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti cənab Çingiz Hüseynzadənin giriş sözündən sonra  federasiyanın baş katibi Bəhruz Nəbiyev 2009-cu ildən etibarən federasiya tərəfindən görülmüş işlərlə bağlı geniş məruzə edib. 

Federasiyanın vitse-prezidenti Mahir Muradov son 5 il ərzində atçılığın konkur növü üzrə görülmüş işlər barədə, Federasiyanın vitse-prezidenti Elşad Abbasov son 5 il ərzində cıdır üzrə görülmüş işlər barədə, Federasiyanın idarə heyətinin üzvü Bəsirət Quliyev Milli at cinsləri və Milli atüstü oyunlarla bağlı məruzələr ediblər.

Daha sonra Federasiya prezidentinin seçkiləri keçirilib, Elçin İsağa oğlu Quliyev Ümumi Yığıncaq üzvlərinin maksimal səs çoxluğu ilə  növbəti 5 il müddətinə yenidən ARAF-ın prezidenti seçilib. 

Ümumi Yığıncağın qərarı ilə ARAF-ın 1-ci vitse-prezidenti vəzifəsinə Mahir Muradov, vitse-prezident vəzifələrinə Elşad Abbasov, Bəsirət Quliyev, Sakit Məmmədov, Bəhruz Nəbiyev seçilmiş və idarə heyətinin üzvləri təsdiq olunublar.

Səsvermədən sonra ARAF prezidenti Elçin Quliyev çıxış edib, göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirmiş, gələcək planlar və görüləcək işlər haqqında geniş məlumat verib. 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ali diqqət və qayğısı sayəsində milli atçılığın böyük inkişaf yolu keçməsi xüsusi vurğulanmış, ARAF-ın fəaliyyəti dövründə əldə olunmuş uğur və nailiyyətlər, Qarabağ və Dilbaz milli at cinslərinin qorunması və təbliğatı üçün görülən işlər haqqında geniş məlumat verilib, milli atçılığın inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər ətraflı şərh olunub. 

Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti xanım Mehriban Əliyevanın dəstəyi ilə Çövkən Milli Atüstü Oyu-nunun 2013-cü ildə UNESCO-nun təxirəsalınmaz qorunmağa ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına salınmasının milli atçılığın inkişafı üçün xüsusi əhəmiyyəti vurğulanıb.

Son illər ərzində atçılıq idmanı sahəsində əldə olunmuş əsas nailiyyətlər sırasında aşağıdakılar qeyd olunub: 

 2009-cu ildən etibarən ölkəmizdə atçılığın konkur növü üzrə  beynəlxalq turnirlərin təşkilinə başlanılması və ildən-ilə bu turnirlərin sayının əhə¬miyyətli dərəcədə artması;

 2010-cu ildən etibarən cıdır yarışlarının keçirilməsi; 

 2010-cu ilin mart ayında 1-ci Milli Atçılıq Festivalı çərçivəsində çövkən üzrə ilk Respublika Çempionatını təşkil edilməsi və bu turnirlərin ənənəvi olaraq təşkil olunması;

 2012-ci ildən başlamaqla 3 dəfə Böyük Britaniya Kraliçası İİ Elizabetin şərəfinə təşkil olunan təntənəli atçılıq tədbirlərində Qarabağ atlarının möhtəşəm şou proqramlarının nümayiş etdirilməsi; 

 2013-cü ilin sentyabr ayında “Polo vətənə qayıdır” devizi ilə ölkə əra-zisində ilk beynəlxalq arena polo yarışının,  2014-cü ildə “Polo vətəni tanıdır” devizi ilə növbəti arena polo üzrə Dünya Kuboku turnirinin təşkil olunması; 

 2014-cü ildə Beynəlxalq Atçılıq Federasiyasının növbəti Baş Assambleyasının Bakı şəhərində keçirilməsi; 

 2015-ci ildə Azərbaycanın Polo üzrə Milli Komandasının Avropa Çempionu tituluna sahib olması, Avropa Çempionatından sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ARAF rəhbərliyini və polo komandasını üzvlərini qəbul etməsinin, onları təbrik etməsinin, tapşırıq və tövsiyələr verməsinin idmançıları daha yüksək qələbələrə ruhlandırması;

 2018-ci ildə Azərbaycan Milli Polo Komandasının  İtaliyanın Siene şəhərində keçirilən Avropa Çempionatında gümüş medalın sahibi olması;

 2018-ci və 2019-cu illərdə Azərbaycan poloçularının İsveçrənin Sankt Moritz şəhərində keçirilən Qar Polosu üzrə Dünya Kuboku turnirlərində iştirak etməsi və hər iki yarışın 3-cüsü olması;

 2020-ci ildə 8 komanda arasında keçiriləcək Polo üzrə Avropa Çem-pionatına Bakı şəhərinin ev sahibliyi etməsi barədə qərarın qəbul olunması;

 2015-ci il 1-ci Avropa Oyunlarında, 2017-ci il İslam Oyunlarında, 2018-ci il Cumhuriyyətin 100 illiyinə həsr olunmuş parad və digər tədbirlərdə yüksək səviyyəli iştirakın təmin olunması.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio