USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Azərbaycan millisi Litva ilə heç-heçə oynadı

Futbol üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. 

ONA-nın məlumatına görə, yığmamız 2019-cu ildə ilk dəfə doğma meydanda qüvvəsini sınayıb. Litva ilə görüş həm də komandamızın bu il keçirdiyi ilk yoxlama matçı olub.

Ötən ay millinin baş məşqçisi təyin olunan Nikola Yurçeviçin Bakıdakı ilk sınağı “Bakcell Arena”da gerçəkləşib. AVRO-2020-nin seçmə mərhələsinə uğursuz start verən komandamız Xorvatiyada aldığı 1:2 hesablı məğlubiyyətdən sonra daha zəif rəqiblə üz-üzə gəlib. 

Avropanın ən zəif yığmalarından olan Baltikyanı ölkə təmsilçisi ilə matçın ilk dəqiqələri kəşfiyyat xarakteri daşıyıb. Lakin dəqiqələr ötdükcə millimiz təşəbbüsü ələ alıb və hücumlar bir-birini əvəzləyib. İlk təhlükəli vəziyyəti isə Riçard Almeyda yaradıb. Milliləşdirilmiş braziliyalı Araz Abdullayevin ötürməsini məntiqi sonluqla bitirə bilməyib. Ardınca Eddi İsrafilov da hesabı açmağa yaxın olub. Lakin o, Təmkin Xəlilzadənin ötürməsini lazımınca dəyərləndirməyib. İsrafilovun zərbəsi qapının üstündən keçib. 

32-ci dəqiqədə rəqib Səlahət Ağayevi narahat edib. Amma litvalılar da çərçivəyə düşə bilməyiblər. Komandamız Fyodor Çernıxın hücumunun cavabını Ramil Şeydayevlə verib. Lakin meydana çıxdığı son 4 matçda fərqlənən hücumçumuz da fasiləyə öndə yollanmağımızı təmin etməyib. 

İkinci 45 dəqiqə də eyni ssenari üzrə keçib. Millimiz rəqibi müdafiə olunmağa vadar edib. Topa daha çox yiyələnən N. Yurçeviçin yetirmələrinin hesabı açmaq cəhdləri bir-birini əvəz etsə də, sonda ya qeyri-dəqiqlik, ya da litvalıların inamlı oyunu fərqlənməyimizə mane olub. Düzdür, Mahir Mədətov və Ramil Şeydayev bir neçə dəfə uğurlu keçidi və zərbələri ilə diqqət mərkəzinə düşüblər. Amma bu hesabı xeyrimizə dəyişməyə kömək etməyib. Əvəzetmələrin çoxluğu görüşün sonlarının daha sönük keçməsinə səbəb olub. Əks hücumlara bel bağlayan qonaqlar da təhlükəli epizodlar yaratmaqda çətinlik çəkiblər. Nəticədə Əli Babayevin də debüt etdiyi görüş başladığı hesabla da yekunlaşıb - 0:0.  

Qeyd edək ki, Azərbaycan millisi növbəti oyununu iyunun 8-də keçirəcək. Komandamız AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində ilk ev matçında Macarıstanı qəbul edəcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!