USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Rossiya 24” kanalı Bakıda keçirilən Formula-1 yarışları haqqında

“Rossiya 24” kanalı Bakıda keçirilmiş Formula-1 Avropa Qran-prisinə dair maraqlı reportaj hazırlayıb.

Telekanalın müxbiri Pavel Melnikovun reportajında yarışların Bakı mərhələsinin yüksək səviyyədə təşkil edildiyi, şəhər trasının bütün standartlara cavab verdiyi vurğulanıb. Qeyd olunub ki, təşkilatçılar qədim Bakının füsunkar memarlıq nümunələrinin qorunmasına xüsusi diqqətlə yanaşıblar. Qız qalasının və İçərişəhərin divarlarının zədələnməməsi üçün güclü mühafizə işləri görülüb, trek dəmir və beton hasarlarla əhatə olunub.

Süjetdə bütün dünyadan Bakıya üz tutan 30 mindən çox turistin azərbaycanlılara xas qonaqpərvərliklə qarşılandığı qeyd edilib. Müxbirin fikirlərini öyrəndiyi avropalı turistlər Azərbaycan mətbəxinin ləziz nümunələrini məmnuniyyətlə daddıqlarını söyləyiblər. Yarışlara tamaşa etmək üçün Bakıya yola düşməzdən əvvəl ölkəmiz haqqında məlumatlar əldə etdiyini, milli mətbəximizlə maraqlandığını bildirən britaniyalı turistin “Düşbərə gözlədiyimdən də dadlı idi” sözləri, fransalı azarkeşin isə belə ləzzətli dolmanı hələ heç yerdə dadmadığını söyləməsi reportajda xüsusilə diqqətə çatdırılıb.

Reportajda yerli könüllülərin əməyindən də ətraflı bəhs olunub.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!