USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Bağlı yollar bu gündən açılacaq

İyun ayının 21-dən etibarən "Formula-1" yarışları ilə əlaqədar olaraq bağlanılan yollar istifadəyə geri veriləcək. Neçə gündür ki, yarış bolidlərinin şütüdüyü yollardan bu gündən etibarən paytaxt sürücüləri rahat avtomobili idarə edəcək.

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti hansı yolların açılacağını ictimaiyyətin diqqətinə çatdırıb. Bakıda ilk dəfə keçirilən Avropa Qran-Prisi səbəbindən bağlanmış küçələrin böyük əksəriyyəti iyunun 21-i səhər saatlarından etibarən nəqliyyatın hərəkəti üçün birdəfəlik açılacaq.Hökümət Evinin ətrafında müvəqqəti olaraq quraşdırılmış tikililərin sökülməsi ilə əlaqədar olaraq Azadlıq meydanı ətrafında olan prospekt və küçələrdə isə nəqliyyatın hərəkəti üçün tətbiq olunan qadağa iyunun 22-dək qüvvədə qalacaq. Bağlı olacaq yollara aşağıdakılar daxildir:

- Neftçilər prospektinin Rəşib Behbudov küçəsi ilə olan kəsişməsindən Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsinədək;

- Aleksandr Puşkin küçəsinin Neftçilər prospekti ilə olan kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsinədək;

- Üzeyir Hacıbəyov küçəsinin Aleksandr Puşkin küçəsi ilə olan kəsişməsindən Azadlıq prospekti ilə olan kəsişməsinədək;

- Azadlıq prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə olan kəsişməsindən Zərifə Əliyeva küçəsinin Rəşid Behbudov küçəsi ilə olan kəsişməsinədək.

- Neftçilər prospektinin Rəşib Behbudov ilə olan kəsişməsindən Aleksandr Puşkin ilə kəsişməsinə qədərA. Puşkin küç.-nin Neftçilər pros. ilə kəsişməsindən Ü. Hacıbəyov küç. ilə kəsişməsinə qədər

 

 

 

 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!