USD - 1.7 EUR - 1.902 RUB - 0.0265 TRY - 0.2889 DAHA ÇOX
SON DƏQİQƏ
Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edilir PSJ Neymarın qiymətini açıqlayıb Səyyar “ASAN Kommunal” Qobuda İyunun 20-də xarici valyutaların manata qarşı məzənnələri Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi davam edir

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir.

Aprelin 8-də  Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Azərbaycan şairi, dramaturq, ictimai xadim Süleyman Rüstəmin yaradıcılığına həsr olunub.

Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilib.

Konsertdə  Xalq artistləri Aygün Bayramova “Qurban adına”, Gülyanaq Məmmədova “Laylay ”, Əməkdar artistlər Ehtiram Hüseynov “Sevgilim”,Rəşad İlyasov “Nazlı yarım”, Bəyimxanım Vəliyeva “Azərbaycana gəlsin”, Azərbaycan Televiziyası və Radiosunun solistləri –Elgiz Əliyev “Sədaqətim var”, Sədəf Budaqova “Axtararsınız”, Rəvanə Əmiraslanlı “Sənsən yoxsa mən” və müğənni Aytən Məhərrəmova “Yandım elə yandım” mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan “Bəs nə deyim” Bəyimxanım Vəliyeva və Rəvanə Əmiraslanlının ifasında səslənib.

İfaçıları Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edib.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov olub.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetib. 

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio