USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib - FOTO Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib Sabah hava necə olacaq? Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir. Lerik və Yardımlı rayonlarına qar yağıb
Heydər Əliyev Sarayında məşhur pianoçu Denis Matsuyevin konserti olub - FOTOLAR

Aprelin 8-də Heydər Əliyev Sarayında dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev konsert proqramı ilə çıxış edib.

ASAN Radio Azərtac-a istinadən xəbər verir ki, Birinci vitse-prezidenti Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva konsertdə olublar.

Konsertdə Denis Matsuyev L.Bethovenin fortepiano üçün “17 nömrəli Sonata”sını, S.Raxmaninovun fortepiano üçün Korelli mövzusunda variasiyalarını, F.Şopenin “4 nömrəli Ballada”sını, P.Çaykovskinin “Düşüncə”sini, S.Prokofyevin fortepiano üçün “7 nömrəli sonata”sını və digər əsərləri ifa edib.

Denis Matsuyev haqlı olaraq zəmanəmizin ən görkəmli pianoçularından biri hesab edilir. Onun səhnə tərəfdaşları arasında ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Avstriya, Niderland, Macarıstan və digər ölkələrin məşhur simfonik orkestrləri və dirijorları olub. P.Çaykovski orkestri ilə fortepiano konserti Böyük Britaniyanın ən nüfuzlu “Gramophone” jurnalı tərəfindən 2014-cü ilin aprelində “Ayın albomu” adına layiq görülüb.

Qeyd edək ki, Denis Matsuyev 1975-ci ildə Rusiyanın İrkutsk şəhərində musiqiçi ailəsində anadan olub. Valideynləri balaca Denisdə musiqi qabiliyyətini görərək onu fortepiano dərslərinə yazıblar. İrkutskda o, Mayakovski adına 11 nömrəli musiqi məktəbində oxuyub. Pianoçu 1990-cı ildə valideynləri ilə birgə Moskvaya köçərək Moskva Dövlət Konservatoriyasının nəzdində olan musiqi məktəbində təhsilini davam etdirib. 1993-cü ildə D.Matsuyev Moskva Dövlət Konservatoriyasına daxil olub və tanınmış musiqiçilərdən dərs alıb.

D.Matsuyev 23 yaşında olarkən P.Çaykovski adına XI Beynəlxalq müsabiqədə uğurlu çıxışından sonra şöhrət qazanıb. Pianoçu öz yaradıcılığında novatorluq və Rusiya fortepiano məktəbinin ənənələrini birləşdirir. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən böyük musiqi festivallarının mühüm iştirakçısı, Rusiyanın, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio