USD - 1.7 EUR - 1.902 RUB - 0.0265 TRY - 0.2889 DAHA ÇOX
SON DƏQİQƏ
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunacaq ilk BMT tədbiri - FOTOLAR Ülvi Mehdiyev: Azərbaycanın təşəbbüsü ilə beynəlxalq təşkilat yaradılacaq Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edilir PSJ Neymarın qiymətini açıqlayıb Səyyar “ASAN Kommunal” Qobuda
Bakıda Narkotiklərlə Mübarizə üzrə 37-ci Beynəlxalq Konfrans öz işinə başlayır

Bu gün Bakıda Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfrans (IDEC) öz işinə başlayır.

Trend-in məlumatına görə, iki gün davam edəcək Beynəlxalq Konfransın ölkəmizdə keçirilməsi barədə ABŞ Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının təklifi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 15 noyabr tarixli Sərəncamı ilə Narkotiklərlə Mübarizə üzrə XXXVI Beynəlxalq Konfransın 2019-cu ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Tədbirlə bağlı bəzi təşkilati məsələlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 dekabr tarixli Sərəncamına əsasən işçi qrupu yaradılıb və konfransın Tədbirlər Planı təsdiq edilib.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının və Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin Narkotiklərlə Mübarizə Administrasiyasının birgə təşkilatçılığı ilə keçirilən Beynəlxalq Konfrans narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı dünyada mövcud olan müasir mübarizə üsullarından ölkə mütəxəssislərinin bəhrələnməsinə şərait yaradacaq.

Dövlət Gömrük Komitəsinin fəal iştirakı ilə təşkil edilən, "Qlobal tərəfdaşlıqların səfərbər edilməsi"nə hədəflənmiş Bakı konfransının məqsədi narkotiklərin qanunsuz dövriyyəsinə qarşı qlobal mübarizəyə cəlb olunmuş yüksək vəzifəli rəsmiləri bir araya gətirmək, bu bəşəri problemin həlli yollarını müzakirə etmək, fikir və qabaqcıl təcrübə mübadiləsi aparmaqdır.

Bəşəriyyəti ciddi narahat edən, yeni təhlükələrə və bəlalara yol açan narkotiklərə tələbatın azaldılması yollarının tapılması baxımından nadir platforma olan Beynəlxalq Konfransın əsası 1983-cü ildə qoyulub. Sonradan o, 130-dan çox ölkədən olan nümayəndələrin iştirakı ilə keçirilən ümumdünya forumuna çevrilib. Beynəlxalq Konfrans birinci dəfə 1983-cü ildə Panamada keçirilib.

Qeyd edək ki, narkotiklərlə mübarizə üzrə Beynəlxalq Konfrans hərəsində 3 dəfə olmaqla Braziliya, Argentina, Meksika və Dominikanda, hərəsində 2 dəfə olmaqla Panama, Çili, ABŞ, Kolumbiya, Boliviya və Peruda, hərəsində 1 dəfə olmaqla Qvatemala, Ekvador, Baham adaları, Kosta Rika, Kanada, İspaniya, Türkiyə, İndoneziya, Rusiya, İtaliya və Niderlandda keçirilib.

Bakı konfransında narkotiklərlə mübarizə üzrə müzakirələr aparılacaq, Azərbaycan paytaxtından dünyaya yeni mesajlar veriləcək.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio