USD - 1.7 EUR - 1.902 RUB - 0.0265 TRY - 0.2889 DAHA ÇOX
SON DƏQİQƏ
Pensiyaların artırılması üçün qanunvericiliyə dəyişiklik edilir PSJ Neymarın qiymətini açıqlayıb Səyyar “ASAN Kommunal” Qobuda İyunun 20-də xarici valyutaların manata qarşı məzənnələri Elmar Məmmədyarov Con Boltonla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
Rektor dissertant və doktorantlarla görüşdü

ASAN Radionun məlumatına görə, Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli ATU-nun dissertant və doktorant adını qazanmış nümayəndələrlə görüş keçirib.

Rektor G.Gəraybəyli bildirib ki, universitetə doktoranturaya və dissertanturaya daxil olmuş yeni mütəxəssislərlə görüşün təşkili artıq ənənə halını alıb. Belə görüşlərin əsas məqsədi ATUnun yeni nümayəndələri ilə yaxından tanış olmaqdır: “Siz doktorantura və dissertantura dövründə universitetimizin əməkdaşları hesab olunursuz. İstər universitetdə təşkil olunan konfrans və digər tədbirlərdə iştirak edə bilərsiz. Ona görə də burada aparılan islahatlar, elmi tədqiqatlar sahəsində tətbiq olunan dəyişikliklər haqqında məlumatlı olmalısınız. Eyni zamanda, biz də sizi narahat edən məsələlərdən xəbərdar olmalıyıq”. 

Rektor G.Gəraybəyli Azərbaycanda elmin inkişafına dövlət səviyyəsində qayğı göstərildiyini qeyd edərək, prezident İlham Əliyevin sərəncamına əsasən, elm işçilərinin yeni attestasiya qaydalarının hazırlandığını xatırlatdı. Professor G.Gəraybəyli bu il qəbul qaydalarının sərtləşdirilməsinə baxmayaraq, ingilis dili istiqamətində gənc kadrların sayının artmasından məmnunluğunu bildirdi. ATU rektoru universitetin gənc əməkdaşları sırasına yeni qoşulanlara elmi fəaliyyətlərində uğurlar arzuladı. 

Qeyd edək ki, bu il 29 nəfər  ATU-nun dissertantı, 22 nəfər isə doktorantı olmaq imkanı qazanıb. Onlarla görüşdə ATU-nun elmi işlər üzrə prorektoru dosent Rauf Bəylərov, doktorantura və dissertantura şöbəsinin müdiri prof Nailə Sultanova da iştirak ediblər. 

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio