USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib - FOTO Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib Sabah hava necə olacaq? Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir. Lerik və Yardımlı rayonlarına qar yağıb
ATU klinikasında xəstənin beynindən iri şiş uğurla çıxarılıb

Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında mürəkkəb beyin əməliyyatı icra olunub. ASAN Radio xəbər verir ki, klinikanın Neyrocərrahiyyə şöbəsinin müdiri, assistent Fərid Qaralov bildirib ki, pasiyent ciddi baş ağrıları və sol gözdəki zəifliklə bağlı onlara müraciət edib.

“42 yaşlı pasiyentdə beynin MRT-si və  görmə testi aprıldı. Xəstənin beynində sol sfinoid qanadda - sol əsas sümüyün qanadında böyük həcmli törəmə aşkarlandı. Bu meningiyomanın götürülməsi üçün xəstənin əməliyyatı olunmasına dair qərar verildi”.

Həkim bildirir ki, əməliyyat riskli olub. Çünki əməliyyat zamanı  “karotis” adlandırılan şah damarın zədələnməsi ehtimalı, böyük damar yaralanması, görmə sinirinin qopması kimi təhlükələr varmış. Lakin 5 saata yaxın davam edən əməliyyat uğurla nəticələnib. Hazırda pasiyentin vəziyyəti qənaətbəxşdir, xəstə 4 gün xəstəxanada qaldıqdan sonra evə buraxılacaq.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio