USD - 1.7 EUR - 1.9105 RUB - 0.0266 TRY - 0.2917 DAHA ÇOX
SON DƏQİQƏ
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib - FOTO Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib Sabah hava necə olacaq? Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir. Lerik və Yardımlı rayonlarına qar yağıb
Varşava Universitetində Azərbaycan tarixi tədris edilir

“Asiya və Afrikada ənənələr və müasirlik: birgəyaşayış və ya konflikt?” mövzusunda şərqşünasların V Ümumpolşa konfransında Azərbaycan tarixinə dair məruzələr dinlənilib.

AMEA-nın Tarix İnstitutundan verilən məlumata görə, Polşadakı  Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova konfransda “Şərqdə diplomatik missiyalar (Hülakülər, Qaraqoyunlu və Səfəvilər dövrü)” adlı məruzə ilə çıxış edib.

Daha sonra Varşavanın Lazarski Universitetində “Azərbaycan – Qafqazın incisi” adlı tədbir keçirilib. Tədbirdə Azərbaycanşünaslıq Mərkəzi universitetin tələbə və müəllim heyətini Azərbaycan xalqının tarixi, mədəniyyəti və adət-ənənələri ilə tanış edib. Mərkəzin rəhbəri Nərgiz Axundova “Azərbaycan: dünən və bu gün” adlı təqdimat edərək, xalqımızın tarixi kökləri, abidələrimiz, müasir Azərbaycanın inkişafı və onun beynəlxalq arenadakı yerindən danışıb. Lazarski Universitetinin tələbələri isə Bakı şəhərinin görməli yerləri barədə qısametrajlı film təqdim ediblər.

Azərbaycanşünaslıq Mərkəzinin rəhbərliyi ilə Varşava Universitetində Azərbaycan tarixi 4 istiqamətdə (qədimdən Səlcuqlar dövrünədək, orta əsrlər tarixi, Azərbaycanın çar və sovet Rusiyası tərəfindən işğalı və Azərbaycan Respublikasının xarici siyasəti) tədris edilir. Polyak və xarici tələbələr tariximizə böyük maraq göstərirlər. Tələbələr Azərbaycan tarixi barədə təqdimatlar hazırlayır və məqalələr yazırlar. Bundan əlavə, Varşava Universitetində Azərbaycan mədəniyyətinə dair dərslər keçirilir və Azərbaycan dili tədris olunur.

Qeyd edək ki, Tarix İnstitutu dünyanın müxtəlif ölkələrində Azərbaycanşünaslıq mərkəzləri yaradır. Polşadakı Azərbaycanşünaslıq Mərkəzi 2018-ci ildə fəaliyyətə başlayıb. Yaxın zamanlarda Misirin Qahirə Universitetində də Azərbaycanşünaslıq Mərkəzinin yaradılacağı gözlənilir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio