USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
“Raquf Orucov Kuboku” beynəlxalq cüdo turniri start götürüb

Aprelin 16-da cüdo üzrə yaşı 21-dək (U-21) olan gənclərdən ibarət klub komandalar arasında üçüncü “Raquf Orucov Kuboku” beynəlxalq turniri start götürüb.

ASAN Radio Azərtac-a istinadən xəbər verir ki, 2016-cı ilin Aprel döyüşlərinin qəhrəmanları, əfsanəvi kəşfiyyatçı, şəhid polkovnik-leytenant Raquf Orucovun və silahdaşlarının xatirəsinə həsr olunmuş ənənəvi turnirdə iştirak edən yerli və xarici klubların nümayəndələri aprelin 16-da Fəxri xiyabanda müasir müstəqil dövlətimizin banisi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Daha sonra onlar Sumqayıt şəhərindəki Şəhidlər xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həyatlarını qurban verən şəhidlərin xatirəsinə ehtiramlarını bildirərək məzarları üstünə güllər düzüblər. Polkovnik-leytenant Raquf Orucovun məzarı önünə əklil qoyulub.

Anım mərasiminin iştirakçılarına igid zabit və onun döyüş yolu haqqında məlumat verilib.

Azərbaycan Gənclər və İdman Nazirliyinin, Azərbaycan Cüdo Federasiyasının dəstəyi ilə təşkil edilən turnirin seçmə mərhələsi aprelin 17-də Bakı İdman Sarayında baş tutacaq. Həmin gün turnirin rəsmi açılış mərasimi keçiriləcək. Sonra finala çıxan komandalar turnirin mükafatları uğrunda mübarizə aparacaqlar.

Tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları, tanınmış idmançılar iştirak edəcəklər.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!