USD - 1.7 EUR - 1.8964 RUB - 0.0264 TRY - 0.2805 DAHA ÇOX
SON DƏQİQƏ
Mesut Özildən maraqlı paylaşım: “Azərbaycanlı qardaşlarım!” 8 marşrut avtobusunun hərəkət sxemi dəyişdirilir Leyla Əliyeva dünya şöhrətli rəssam Zurab Seretelinin sərgisinin açılış mərasimində iştirak edib  "Avroviziya"nın təşkilatçıları finalda səsvermənin nəticələrini yenidən sayıblar I və IV ixtisas qruplarının abituriyentləri üçün qəbul imtahanlarının nəticələri açıqlanıb
400 kq yararsız ət aşkar edilib

Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, insan sağlamlığına ciddi zərər vuran, istifadəyə yararsız yeyinti məhsullarının satışının qarşısının alınması istiqamətində polis orqanlarının aidiyyəti qurumlarla birgə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən məlumata görə, növbəti belə tədbir aprelin 17-də Baş İctimai Təhlükəsizlik İdarəsinə bilavasitə tabe olan Karantin tədbirlərini təmin edən Əlahiddə Polis Taboru əməkdaşlarının Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri ilə birgə Mingəçevir şəhəri ərazisində keçirilib.

Ağdam rayon sakini İ.Quliyevin idarə etdiyi “Mercedes” markalı avtomobilə baxış zamanı yük yerindən iribuynuzlu heyvanlara aid “Aqoniya” xəstəliyinə yoluxmuş və istifadəyə tam yararsız vəziyyətdə olan, 400 kiloqram çəkidə mal əti aşkar edilərək götürülüb.

Ətdən götürülmüş nümunələr müvafiq ekspertizanın keçirilməsi üçün Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyasına təhvil verilib.

Araşdırmalar aparılır.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 74
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 74 (daxili 80695)
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. “ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya ... Radio Şurasının iclasında verilib.
© 2018 ASAN Radio