USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
"Azərişıq"ın elektron müraciətlərin idarə olunması sistemi “ASAN kommunal”a inteqrasiya edilib

"Azərişıq" ASC-nin elektron müraciətlərin idarə olunması sistemi “ASAN kommunal”da qərarlaşan Texniki Şuranın işinə inteqrasiya edilib.

 

ONA-nın xəbərinə görə bunu “Azərişıq” ASC-in perspektiv inkişaf və “ASAN Xidmət”lə  iş idarəsinin rəisi Elsevər Rüstəmli Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM)  Sahibkarlıq obyektlərinin elektrik şəbəkəsinə qoşulması ilə bağlı həyata keçirilən islahatlar və elektron müraciətlərin təkmilləşdirilməsi ilə bağlı görülən işlərə dair mətbuat  konfransında deyib.

 

Onun sözlərinə görə, sistemin üstün cəhətlərindən biri də elektron məlumatlarla yanaşı, rəqəmsal sistemlərlə də inteqrasiya oluna bilməsidir.

"Sahibkar e-hökumət portalı üzərindən elektron və ya “ASAN İmza” ilə şəxsi kabinetinə daxil olur, VÖEN məlumatı, yaxud FİN nömrəsi daxil etdikdə ona məxsus məlumatlar avtomatik olaraq yerləşir", - deyə E. Rüstəmli bildirib.

 

E. Rüstəmli onu da qeyd edib ki, “Sahibkarların mövcud və inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Azərbaycan Prezidenti tərəfindən verilən Fərmana uyğun olaraq bir çox işlər görülüb.

 

"Həyata keçirilən islahat təbirləri nəticəsində prosedurların sayı 7-dən 2-yə, sərf edilən müddət isə 41 gündən 20 günə endirilib. Həmçinin, sahibkarlara elektrik enerjisi təchizatı şəbəkələrinə qoşulması üçün texniki şərtlərin o cümlədən layihə sənədlərinin hazırlanması və göndərilməsi,  fiziki qoşulmanın təmin edilməsi məqsədilə müraciətlərin kiçik və orta biznes evlərində, “ASAN Kommunal” mərkəzlərində elektron qaydada edilməsinə imkan yaradılıb", - deyə E .Rüstəmli bildirib.

 

Elektron müraciətlərin sayının artırılması məqsədilə "Azərişıq" ASC-nin elektron müraciətlərin idarə olunması sisteminin daha da təkmilləşdirildiyini və əlçatanlığın təmin edildiyini deyən E. Rüstəmli bununla məmur-vətəndaş təmasının minimuma endirildiyini qeyd edib.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!