USD - EUR - RUB - TRY - DAHA ÇOX
YENİLİKLƏR
Mənəvi dəyərlər: Əxlaq və din Mərkəzi Bankın departament direktoru ASAN Radioda sualları cavablandıracaq  “ASAN Həyat” verilişində “Baku FinTech Forum 2023” tədbiri barədə danışılacaq "Su Gündəmi" verilişində mütəxəssislərə sual verə bilərsiniz "Həyat sığorta ilə rahat"
Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar” layihəsi uğurla davam edir.

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm “Yaradanlar və yaşadanlar”  layihəsi  uğurla davam  edir.

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert Xalq artisti, xanəndə Səfa Qəhrəmanovun yaradıcılığına həsr olunmuşdu.

Tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Xalq artisti Gülyaz Məmmədova “Səni qəmli görəndə ”, Əməkdar artistlər Nuriyyə Hüseynova “Gəl-gəl”, Təyyar Bayramov “Qəmərim”,  Gülüstan Əliyeva “Laylay, bala laylay”,  Azərbaycan Televiziyası və Radiosunun solisti – Ariz Hüseynov “Dəşti” təsnifi , müğənnilər Sərdar Nəbioğlu “Yar bizə qonaq gələndə” və Vüqar Əliyev “Dağlara çən düşəndə” mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan  “Gülə-gülə” mahnısı Təyyar Bayramov, Vüqar Əliyev və Ariz Hüseynovun ifasında səsləndi.

İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında “Səadət” instrumental ansamblı müşayiət edirdi.

Konsert maraqla qarşılandı və gur alqışlarla sona yetdi.

Qeyd edirik ki, Beynəlxalq Muğam Mərkəzində mili ədəbi və mədəni irsin təbliği və inkişafı məqsədi ilə həyata keçirilən tədbirlər və möhtəşəm  yaradıcılıq  layihələri davam  edir.

Əlaqə
Ünvan: Yasamal rayonu, A. M. Şərifzadə küç. 157
Əlaqə nömrəsi: 012 444 74 44
Efir nömrəsi: 012 56 56 100
Whatsapp nömrəsi: 070 65 56 100
Reklam:
Mobil: 050 60 06 100
Şəhər: 012 444 74 44 (daxili 80695)

“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb. 

24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb. 

“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.

“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.

Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır. 

Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir. 

“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır. 

Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz. 

“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!