Ölkəmizin cənub bölgəsinə yağan aramsız yağışlar aprelin 19-da axşam saatlarından başlayaraq Lerik və Yardımlı rayonlarında qarla müşayiət olunub.
Lerik Rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikovun Azərtac-a verdiyi məlumata əsasən, ucqar dağlıq ərazilərdə qarın hündürlüyü 10-15, rayon mərkəzində isə 3-5 santimetr təşkil edir.
Yağan qar əhalinin elektrik enerjisi ilə təminatında, yollarda avtomobillərin və piyadaların hərəkətində problemlər yaratmasa da, meyvə bağlarına ziyan vurub.
Yardımlı Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun ucqar yaşayış məntəqələrində qarın hündürlüyü 15, şəhərdə isə 2-3 santimetrdir.
Qeyd edək ki, Talış dağlarının ərazisində yerləşən Astara və Lənkəran rayonlarının bəzi kəndlərinə də qar yağıb. Yaz fəslində yağan qar yaşayış məntəqələrində hər hansı bir problem yaratmayıb.
XƏBƏR LENTİ
“ASAN Radio” Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən yaradılıb.
24 dekabr 2015-ci il tarixindən etibarən Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində (“ASAN xidmət”) yayıma başlayıb.
“ASAN Radio”ya 100 MHs tezliyində ümumrespublika radio yayımı üçün xüsusi razılıq (lisenziya) 2015-ci il sentyabrın 8-də Milli Televiziya və Radio Şurasının (indiki Audiovizual Şura) iclasında verilib.
“ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur.
Xidmətlərlə yanaşı, “ASAN Radio” Azərbaycanda və dünyada baş verən vacib xəbərləri dinləyicilərinə birbaşa mənbədən, dəqiq və operativ çatdırır.
Eyni zamanda, dinləyicilər bizim radioda aktual mövzuların müzakirə olunduğu maraqlı verilişlər və keyfiyyətli musiqi dinləyə bilir.
“ASAN Radio” Bakıda və bölgələrdə 100, 96.5, 95.6 və 92.7 FM dalğalarında yayımlanır.
Faydalı Məlumat dalğasını www.asanradio.az saytından və mobil tətbiqlərdən də dinləyə bilərsiniz.
“ASAN Radio” - Dəqiq, Operativ, Faydalı!